Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Əri onu şeyxə satmaq istədi, qızı qəzada öldü: - Beş dəfə ailə quran əfsanə

Tarix: 03-01-2022 22:58     Baxış: 4317 A- / A+
Əri onu şeyxə satmaq istədi, qızı qəzada öldü - Beş dəfə ailə quran əfsanə - FOTO"BBC"də yayımlanan əfsanəvi aktrisa Coan Kollinzin həyatından bəhs edən sənədli filmdə onun yaşadığı çətinliklər ortaya çıxıb.

Beş dəfə ailə həyatı quran aktrisa yalnız sonuncu evliliyində xoşbəxtliyi tapa bildiyini etiraf edib.

Məlum olub ki, 88 yaşlı sənətçi birinci həyat yoldaşı aktyor Maksvell Ridlə ilk görüşündə təcavüzə məruz qalıb. O, 1952-ci ildə Ridlə ailə həyatı qursa da həyat yoldaşı tərəfindən dəfələrlə cinsi zorakılığa məruz qalıb. Aktrisanın iddialarına görə, əri onu 10 min sterlinq müqabilində şeyxə satmağa çalışıb. Boşanma ərəfəsində Rid məşhurluğunu ona borclu olduğu iddia edib. Bu səbəbdən ayrılıq aktrisaya bugünkü pulla 1,9 milyon funta başa gəlib.

Coan 1963-cü ildə ikinci həyat yoldaşı, ingilis pop ulduzu Entoni Nyuli ilə ailə həyatı qurub. Entoninin fırıldaqçı olduğunu deyən aktrisa ərinin 6 illik evlilikləri müddətində ona davamlı olaraq xəyanət etdiyini açıqlayıb.

1972-ci ildə "Apple" şirkətinin rəhbəri Ron Kassa ərə gedən aktrisa "Üçüncü evliliyimdə maliyyə istismarına məruz qaldım" sözlərini işlədib.

Coanın dördüncü evliliyi isə skandinaviya müğənnisi Piter Holmla olub. O, bu həyat yoldaşının isə bütün işlərini nəzarətdə saxlamağa çalışdığını açıqlayıb. "O zaman karyeramın zirvəsində idim və bir komanda ilə işləyirdim. Lakin Piter vəkilimi, mühasibimi və menecerimi işdən çıxararaq həyatımı idarə edirdi", deyə, aktrisa bildirib.

O, beşinci həyat yoldaşı Persi Qibsonla 2000-ci ildə tanış olub. Coan özündən 32 yaş kiçik Persi Qibsonla xoşbəxt olduğunu etiraf edib. "Persi ilə tanış olan kimi bir-birimizə dəlicəsinə aşiq olduq. Hər şey heyrətamiz və gözəl idi. Bu evlilik mənim üçün bir mükafat oldu, çünki ilk dörd evliliyimdə bədbəxtliklərdən payımı almışdım. Dəhşətli boşanmalar yaşadım. Qızımı qəzada itirdim. Sonra iflas oldum, aktrisa kimi iş tapa bilməmək kimi bir çox problemlərlə qarşılaşdım. İndi Persi ilə çox xoşbəxtəm, sağ ol həyat", deyə, aktrisa müsahibəni bitirib. axşam.az 

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar