Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Pensiyalar fevralda yenidən artırılacaq

Tarix: 02-01-2022 16:10     Baxış: 4258 A- / A+
Pensiyalar fevralda yenidən artırılacaq

Ötən il üzrə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq pensiyalar indeksasiya ediləcək. İndeksasiya rəsmi elan olunan faizə uyğun pensiya məbləğinin artırılması anlamına gəlir.
Millət vəkili Vüqar Bayramov qeyd edib ki, indeksasiya nəticəsində artımlar cari ilin yanvar ayının 1-dən hesablanır. O bununla bağlı qərarın ən geci fevralda veriləcəyini də vurğulayıb. 
Manevr.az bildirir ki, millət vəkili əmək pensiyalarının 2021-ci ildə 11,4 faiz artırıldığını xatırladıb: "Əmək pensiyaları əvvəlki ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə, pensiya kapitalı isə əvvəlki ilin inflyasiya səviyyəsinə indeksləşdirilir. Qeyd edim ki, son dövrlərədək əmək pensiyaları baza, sığorta və yığım hissəsindən ibarət idi. Pensiya sistemindəki dəyişikliklər nəticəsində əmək pensiyaları üçün baza hissəsi ləvg olundu. Buna görə də, pensiya məbləği tam olaraq indeksləşdirilir.
Maliyyə Nazirliyi 2021-ci ildə orta aylıq əmək haqqının 707,3 manatdan 742.8 manatadək yüksələcəyini proqnozlaşdırırdı. Amma illik artımın proqnoza nisbətən çox olacağı güman edilir. Böyük ehtimalla ötən il orta aylıq əmək haqqı təxminən 5 faiz artıb. 
Rəsmi göstərici elan olunduqdan sonra isə əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalanır və artımlar ilin əvvəlindən hesablanır. İndeksasiya pensiyaçıların 95%-ə qədərinə (1 milyon 100 min şəxs) şamil olunacaq”.
V.Bayramov söylədi ki, indeksləşdirmə, yəni artımlar bütün növ əmək pensiyalarına şamil olunur: ""Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, növündən asılı olmayaraq əmək pensiyası alan hər bir pensiyaçının pensiya məbləğinə artım hesablanacaq. 
Amma onu da bildirim ki, indeksləşdirmə əmək pensiyalarına edilən əlavələrə şamil edilmir”.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar