Xəbər lenti
Keçmiş polis həyat yoldaşına işgəncə verib - ŞOK İDDİA
Azərbaycanda keçmiş polis Hüseyn Vaqif oğlu Hüseynov həyat yoldaşına işgəncə verib.
Manevr.az lent.az-a istinadən xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Facebook” səhifəsində paylaşım edib.
Paylaşımda bildirilir: “Bayram günü kiminsə qanını qaraltmaq istəməzdik, ancaq bunu yazmasaq, günahkarın cəzasız qalacağını düşünürük. Keçmiş polis əməkdaşının həyat yoldaşına qarşı etdiyi işgəncələrə görə sığınacağa qəbul etmişik. 18 il polis əməkdaşı işləmiş şəxs düşünür ki, etdikləri əziyyətdən tutduğu vəzifəyə, tanışlarının olmasına görə, qurtulacaq. Cinayət işinin açılmasını görən həmin şəxs artıq qarayaxma kampaniyalarına əl atır. O bildirir ki, uşaqları sığınacaqda diləndirilir, yoldaşına əzab verilir və onların şəkilləri paylaşılaraq pul yığılır”.
Mehriban Zeynalova qeyd edir ki, əslində bunlar yalandır, qadın dərzilik edərək pul qazanır: “Qadın dərzilik edərək pul qazanır və övladlarının gələcəyi, ərinin onu öldürəcəyindən qorxduğu üçün qapıdan belə çıxmağa çəkinir. Qadın bildirir ki, əri dəfələrlə əlində siqaret yandırıb (izləri var), qayışla boğmağa çalışıb, kəlbətinlə dilini qoparmaq istəyib. Bunlar reallıqdır və hazırda cinayət işi gedir.
Daxili İşlər Nazirliyindən xahiş edirik 27-ci polis bölməsinin keçmiş əməkdaşı Hüseynov Hüseyn Vaqif oğlu barəsində tədbir görülsün və bu işdən yayınmaması üçün ciddi nəzarətə alınsın.
Sifarişlə yazını yazan “Azərbaycan Reallığı” saytı barəsində isə məhkəməyə müraciət ediləcək. Bütün sübutların təqdim olunmasını tələb edəcəyik”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar