Sizin Reklam Burada
Xəbər lenti
08-10-2025
07-10-2025
BÜTÜN XƏBƏRLƏR

Güzəştli limit həddi hansı tarixdən başlayacaq? - Açıqlama

Tarix: 31-12-2021 17:20     Baxış: 3258 A- / A+

Mexaniki-elektron qaz sayğaclarında güzəştli limit həddinə dair hesabat hər il yanvar ayının ilk ongünlüyündə aparılır. Bu qaz sayğaclarında göstəricilərin fiziki olaraq oxunuşu yanvar ayının ilk 4 günü bayram gününə düşdüyündən həmin ayın 10-dək davam edə bilər.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, göstəricilərin oxunduğu gün abonent üçün hesabat dövrüdür və həmin gündən etibarən o, yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlayır.
Yekunda illik oxunuş 365 günü tam əhatə edəcək. Əgər abonent istifadə etdiyi mexaniki-elektron qaz sayğacının göstəricisinin daha tez qeydə alınmasını istəyərsə, o halda, dekabrın 31-dən yanvarın 1-nə keçən gecədən etibarən sayğacın göstəricisinin aydın görünən foto şəklini çəkərək (+99477) 3 104 104 saylı "Whatsapp" nömrəsinə göndərə bilər.

Bir şərtlə ki, mobil telefonla çəkilən foto şəklin üzərində çəkilmə tarixi əksini tapsın. Bu fotolar hesabat məlumatları bazaya yüklənərkən həmin tarixlə qeydə alınacaq. Əvvəlcədən ödənişli sayğaclarda isə dekabr ayının 31-i gecə saat 00:00-dan etibarən yeni il üzrə güzəştli limit həddindən istifadəyə başlanılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar