Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hər dəfə danışanda söyülən adam...

Tarix: 30-12-2021 21:01     Baxış: 4328 A- / A+
Hər dəfə danışanda söyülən adam...Milli Məclisin deputatları sırasında dəfələrlə qalmaqallı müzakirələrin mərkəzində deputat Siyavuş Novruzovun fikirlərinin dayandığına şahidlik etmişik.

Siyavuş müəllimi xarakterizə etmək bir qədər çətindir, gah radikal çıxışlar edir, gah da elə danışır ki, bəzilərinin təəccübünə, bəzilərinin isə gülüş hədəfinə çevrilir.

O, hələ YAP funksionerliyi zamanı 5-ci çağırış parlamentdə İctimai birliklər və dini qurumlar komitəsinin sədri oldu. Altıncı çağırış Milli Məclisdə isə Regional məsələlər komitəsinin sədrliyi ona həvalə edildi.

Hər şey yaxşı idi, o mənada ki, Siyavuş Novruzov YAP rəhbərliyinin gözündə qalxırdı.

Burada Siyavuş Novruzovun müxalifətlə kəskin fikir toqquşması yaradan açıqlamalarını müzakirə etməyəcəyik, çünki bu, bizi siyasi tərəf kimi göstərə bilər.

Siyavuş Novruzovun bəzi problemlərə dair yanaşmasında aşırı malalayıcı mövqeyə müraciət etməsi cəmiyyətin ona münasibətində ikitirəlik yaradıb.

Elə malalayıcı tərzi ilə siyasi karyerasına davam edən Siyavuş müəllim unutdu ki, deputatlıq mandatının verdiyi hüquqi imtiyazlarla qırmızı cizgiləri aşmamaq gərəkdir.

Siyavuş Novruzovun mövqeyi sonradan bumeranq effekti verərək özünə qarşı çevrildi, onun pandemiya şəraitində toyların qadağan edildiyi bir zamanda Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirakı Siyavuş müəllimin hakim partiyanın funksionerliyi ilə vidalaşmasına səbəb oldu.

Ən pisi isə bu idi ki, Siyavuş müəllim az qala pandemiya qadağalarının deputatlara şamil olunmadığı hallarla toy mövzusunu qarışdırdı.

Siyavuş müəllimin deputat kimi qanunlara və qərarlara aşkar şəkildə meydan oxuması onun başı üzərində ictimai təzyiqlərdən yaranan dumanı qatılaşdırdı.

Bu sətirlərin yazılmasına səbəb təkcə Siyavuş müəllimin dekabrın 30-da parlamentin iclasında etdiyi çıxış deyildi. Bu yazıda Siyavuş müəllimin portretini cızmaq vacib idi...

O, Avropaya gedən bəzi azərbaycanlıları tövbə etməyə çağırıb.

Siyavuş müəllim, söyüş və təhqirlərin kəskin əleyhinəyik, siz də yəqin ki, Avropada ağzını açıb, gözünü yumanları nəzərdə tutmusunuz.

Amma və lakin, Siyavuş Novruzov bu və ya digər, az qala istənilən mövzudan danışanda (çox diqqət çəkməyən çıxışları nəzərdə tutmuruq, əgər həmin çıxış geniş kütləyə çatıbsa) sosial şəbəkələrdə yumşaq desək tənqid edilir, söyülür, təhqir edilir. Bəlkə Siyavuş müəllim bu barədə ciddi düşünsün? Bəlkə ən yaxşı yol heç danışmamaqdır? Bəlkə başqa bir yol da var... oxu.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar