Xəbər lenti
Ermənilərin yaraladığı şirkət əməkdaşı danışdı - VİDEO
Xəbər verdiyimiz kimi, dünən Ağdamın işğaldan azad olunan ərazilərində xidməti vəzifələsini yerinə yetirən mülki şəxs Anar Rəhimli Erməni silahlılarının açdığı atəş nəticəsində yaralanıb.
Manevr.az AzTV-yə istinadən xəbər verir ki, A.Rəhimliyə hazırda tibbi xidmət göstərilir, həyatı üçün təhlükə yoxdur.
Xatırladaq ki, dekabrın 29-u saat 16 radələrində, Ağdam rayonunun işğaldan azad edilmiş "Yeddi xırman" adlanan ərazisində 1993-cü il təvəllüdlü, Bakı şəhər sakini Rəhimli Anar Məhəmməd oğlunun odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla "Bakcell" şirkətinin əməkdaşı Anar Rəhimlinin qeyd edilən ərazidə xidməti vəzifələrini icra edərkən erməni silahlı qüvvəlləri tərəfindən atəşə tutulması nəticəsində xəsarət alması müəyyən edilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar