Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Videosu yayılan qazi haqda RƏSMİ AÇIQLAMA

Tarix: 29-12-2021 12:33     Baxış: 4251 A- / A+
Videosu yayılan qazi haqda  RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Goranboy rayonunda yaşayan Vətən müharibəsi qazisi Vüsal Quliyevin çətin şəraitdə yaşaması ilə bağlı videomüraciəti yayılıb. 
Sözügedən videoda göz yaşları içində danışan qazi rəsmi qurumlar tərəfindən get-gələ salındığını deyir: "Gəlin, bizim yaşamağımıza baxın, gör nə gündə yaşayırıq. Bu, yaşamaq deyil. İcra başçısına yaxınlaşmışam, deyir get sabah gələrsən, birisi gün gələrsən. Bayrama görə ayın-oyun almağa gücüm çatmır”.  
Manevr.az bildirir ki, "qafqazinfo” qazinin vəziyyəti ilə bağlı Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. RİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafət Qurbanov sorğumuza cavab olaraq sözügedən Vətən müharibəsi iştirakçısının çətin şəraitdə yaşadığını təsdiqləyib. Bildirib ki, o, İcra Hakimiyyətinə bir həftə əvvəl müraciət edib: "Vüsal Quliyev müharibə dövründə hərbi xidmətdə olub, döyüşlərdə iştirak edib. Biz də onun haqqında yenicə məlumat almışıq, bizə bir həftə olar müraciət edib. Çox pis vəziyyətdə yaşayırlar. Onun evində olmuşuq. Heç şəxsiyyət vəsiqəsi belə yoxdur. Nəinki özünün, ailəsində heç kimin sənədləri yoxdur. Hərbi biletinin əsasında sənədlərini toplamışıq.

ƏƏSM tərəfindən şəhid ailələri və qazilərə növbə əsasında ev tikilir. Lakin onun sənədləri olmadığına görə növbəyə yaza bilmədik. Ailəsini bizim köhnə xəstəxanada binada müvəqqəti yerləşdirmək istədik ki, sahibkarlara müraciət edək, kimin imkanı varsa, onun ev tikintisinə yardım etsin. Lakin qalmaq istəmədilər. Tapşırmışıq həmin xəstəxanadan salamat vəziyyətdə olan məişət əşyaları- stol, stul, çarpayı və digər əşyalar göndərilib. Dünən ərzaq yardımı etmişik. Həmçinin başqa sahibkarlar da ona ərzaq yardımı, maddi vəsait göndəriblər”.
Qeyd edək ki, Quliyev Vüsal Məhiyəddin oğlu 44 günlük Vətən müharibəsində Füzuli və Xocavənd istiqamətində döyüşlərdə iştirak edib və müvafiq medallarla təltif edilib.  

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar