Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kişilər atalıq məzuniyyətinə çıxa bilər - Atalara şad xəbər - VİDEO

Tarix: 29-12-2021 09:42     Baxış: 3195 A- / A+
Kişilər atalıq məzuniyyətinə çıxa bilər - Atalara şad xəbər (VİDEO)
Bu məsələ illərdir müzakirə olunur. Söhbət atalıq məzuniyyətindən gedir. Necə ki uşaq doğulanda işləyən qadınlara ödənişli məzuniyyət verilir, eləcə də kişilərə verilməlidir deyilir. Bəs verilirmi? Necə olmalıdır?
Manevr.az xəbər verir ki, qanunvericilikdə hamiləliyə görə qadınların analıq məzuniyyəti hüquqları var. Bu ödənilşi məzuniyyət həm də toxunulmazdır.

Ancaq bəzi ailələrdə qadınlar uşaq dünyaya gəldikdən sonra onu saxlamaqda çətinlik çəkirlər. Ya tək olurlar, ya da sağlamlıqları buna imkan vermir. Belə halda kişilər məcbur olub ödənişsiz məzuniyyət götürməli olurlar. Çünki, məcəllədə atalıq məzuniyyəti nəzərdə tutulmayıb. Bu da həmin ailələrin birbaşa gəlirlərinə təsir edir.
Hüquqşünas Anar Ramazanovun sözlərinə görə, qanunverivilikdə atalıqla bağlı xüsusi məzuniyyət olmadığından, həmin kişilərə sadəcə 14 günlük ödənişsiz məzuniyyət verilir. Millət vəkili Fazil Mustafanın fikrincə isə, bu məzuniyyət növü kişilər üçün də ödənişli olmalı və qanunvericilikdə bu istiqamətdə dəyişiklik aparılmalıdır.
Millət vəkilinin sözlərinə görə, ödənişli atalıq məzuniyyəti həm də ailənin sosial vəziyyətinə görə təyin edilməlidir.
Fazil Mustafa deyir ki, belə ailələrin vəziyyəti müvafiq qurumlar tərəfindən öyrənilməli, yalnız bundan sonra onlara müvafiq formalarda dəstək verilməlidir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar