Sizin Reklam Burada
Xəbər lenti
08-10-2025
07-10-2025
BÜTÜN XƏBƏRLƏR

AMEA-dan açıqlama: "Toyuq, file, ərik qurusu, düyü... Amma alimlərə yox..."

Tarix: 28-12-2021 14:54     Baxış: 3190 A- / A+
Manevr.az-ın xəbərinə görə, bunu teleqraf.com-a Fizika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova deyib.
O bildirib ki, AMEA tərəfindən alimlərə ərzaq yardımının olunması məlumatı səhvdir: “Biz ərzaq yardımını elmi işçilərə yox, texniki işçilərə vermişik. Bu yardımlar konkret olaraq fəhlələrə, mühafizə xidmətinin əməkdaşlarına, texniklərə, eyni zamanda Qarabağ müharibəsi veteranları, şəhid ailələrinə və məcburi köçkünlərə edilib. Onların aldığı əməkhaqqıları alimlərin əməkhaqqısından çox aşağıdır. Əgər alimlər 500 manat alırsa, onlar 280 manat alır.
Bəzi saytlar da məlumatı götürüb başlığa alimlər sözünü çıxarıb. Alimlər də mənə zəng vurub irad bildirir ki, niyə alim demisiz. Bu, AMEA-nın Azad Həmkarlar İttifaqı və Fizika İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin öz təşəbbüsüdür. Pandemiya dövründən bu günə qədər bu cür yardımları dörd dəfə etmişik. Onda da yardımlar əsasən sosial vəziyyəti ağır olan texniki işçilərə olunub. Hətta Yasamal rayon şəhid ailələrinə də yardımlar etmişik. AMEA-nın texniki işçiləri arasında şəhid ailələri, məcburi köçkünlər, eləcə də Qarabağ müharibəsi iştirakçıları da var.
Nəzərə almışdıq ki, Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sosial vəziyyəti ağır olan müəssisənin texniki işçilərinə ərzaq yardımı edilsin. Yardım paketinin içərisinə plov və salat üçün nəzərdə tutulan bütün ərzaqlar – toyuq, file, ərik qurusu, düyü və digər ərzaqlar daxildir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar