Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan, yoxsa xaricdə istirahət etmək daha sərfəlidir? - VİDEO

Tarix: 28-12-2021 10:26     Baxış: 3164 A- / A+


Azərbaycan, yoxsa xaricdə istirahət etmək daha sərfəlidir? - QİYMƏTLƏR

Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycanda 5 ulduzlu otellərdə istirahətin qiymətləri ilə maraqlanmışıq. Məsələn Türkiyədə 1700 manata 5 günlük istirahət edə biləcəyiniz halda, Azərbaycandakı bəzi otellərə 1200 manat ödəyib bu qiymətə cəmi 2 ya da 3 gün istirahət edə bilərsiniz. Üstəlik xidmətlərdə də fərqlər var.

Manevr.az xəbər verir ki, xaricdə istirahətə üstünlük verən yerli turistlərin əksəriyyəti yeni il tətili üçün əsasən İstanbulu seçir.

Turizm üzrə ekspert Murad Əhədzadə "Xəzər Xəbər"ə deyib ki, 2 nəfərlik türkiyə turları əsasən 4 gecə 5 günlük olur. Bu ölkədə 5 ulduzlu oteldə istirahət turistlərə minimum 1000 dollara başa gəlir.

Dubaya gedənlər də az deyil. Bu ölkəyə təşkil olunan 4 gecə 5 günlük turlar isə 1500 dollardan başlayır. Murad Əhədzadə deyir ki, bu qiymət turistin seçimindən asılı olaraq arta bilər.

Turizm üzrə ekspert Rəhman Quliyev isə deyir ki, tətillə əlaqəli bölgələrdə olan otellərə tələb artıb. Tələb çoxluğu qiymətlərə təsirsiz ötüşməyib. Ekspert deyir ki, yerli otellərdə istirahət xaricdə istirahətdən heç də ucuz deyil. 5 ulduzlu otellərdə 2 nəfərin istirahət etməsi olduqca bahadır. Üstəlik daxildə yeni il turlarının müddəti 4 gecə 5 gün deyil, cəmi 2 ya da 3 gün olur.

Ekspertlər deyirlər ki, aviabiletlərin baha olduğunu nəzərə alsaq, xarici otellərdə istirahət yerlilərlə müqayisədə həm müddət baxımından, həm də komfort baxımından daha əlverişlidir. Üstəlik yerli turpaketlərin əksərində nəqliyyat xərcləri, qarşılama, yola salma kimi xidmətlər olmur.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar