Xəbər lenti
"Erkən nikahlarla bağlı daha dəhşətli rəqəmlər var" - Bahar Muradova
“Konservativ düşüncə ilə müasir insan yetişdirmək mümkün deyil”.
Manevr.az-ın apa-ya istinadla məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı”nın müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, erkən nikahlar, təhsildən yayınma problemləri komitənin və aidiyyəti qurumların diqqət mərkəzindədir: “Təhsil, Səhiyyə nazirlikləri ilə bu problemləri həll etmək üçün ciddi işlər aparırıq. İntiharlarla bağlı da Baş Prokurorluq və DİN-lə işləyirik. Baş Prokuror yanında intiharlarla bağlı İşçi Qrup yaradılıb. Gələn ilin hesabatında bu məsələlər əksini tapacaq. Nəzərə alaq ki, bu, 2020-ci ilin hesabatıdır”.
B. Muradova bildirib ki, Aran iqtisadi rayonunda qızların erkən nikaha cəlb olunması halı daha çoxdur.
Komitə sədri qeyd edib ki, bu, icra hakimiyyətinin qeydə aldığı rəqəmlərdir: “Daha dəhşətli rəqəmlər var. Uşaq evlilikləri problemi var. Ailələr, qonşular bu məsələnin aktiv həllinə kömək edə bilər. Təhsildən yayınma halları ilə bağlı Təhsil Nazirliyi ilə birgə işləyirik. Bizim təhsil naziri ilə telefon danışığımız da olub. Təhsilin müddəti ilə bağlı Təhsil Nazirliyinin təklifləri var”.
B. Muradovanın sözlərinə görə, bu il komitə tərəfindən qızların təhsilinə dəstək layihəsi elan edilib: “Artıq ən ağır vəziyyətdə olan 14 tələbə qıza yardımlar edilir. Sahibkarlar konfederasiyası ilə bu sayın artırılması üçün danışıqlar aparırıq. Bu sayı dəfələrlə artırmaq niyyətindəyik”.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar