Xəbər lenti
"Bir neçə il sonra paytaxt Bakıdan digər şəhərlərin birinə köçürə bilər" - Deputat
Manevr.az bildirir ki, bunu pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Parlament üzvü bildirib ki, tıxacların qarşısını almaq, əhalinin ərzaq təminatını yaxşılaşdırmaq, sıxlığı müəyyən qədər aradan qaldırmaq üçün bir sıra müəssisələrin Bakıdan köçürülməsi vacibdir: “Əlbəttə ki, paytaxtın Bakıdan köçürülməsi perspektivdə duran məsələdir, lakin bu, uzun illər tələb edir. Paytaxtın köçürüləcəyi şəhərin abadlaşdırılması, həmin regionun paytaxt şəhərinə kimi uyğunlaşdırılması vaxt tələb edir. Bu gün Bakı dünyanın ən gözəl və ən çox inkişaf etmiş şəhərlərindən biridir. Bakıya gələn qonaqlar ilk dəfə ölkənin simasına, onun mədəniyyəti və inkişafına qiymət verməkdən ötrü paytaxda gedən quruculuq və abadlıq işləri ilə tanış olurlar. Yəni, ilkin təəssürat paytaxtdan yaranır. Paytaxt şəhəri mütləq füsunkar, gözəl və inkişafda olan olmalıdır”.
T.Rzayev hesab edir ki, indiki halda paytaxtın köçrülməsi real görünmür: “Doğrudan da, bu, ciddi vaxt tələb edir. Lakin Azərbaycan bir neçə il sonra paytaxtı Bakıdan digər şəhərlərin birinə köçürə bilər. Təsəvvür edin, qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanını istifadəyə verə bilən bir ölkə qısa müddət ərzində paytaxtı da köçürə bilər. Onu da qeyd edim ki, bu gün Göyçay və Gəncənin respublikanın mərkəzi rayonlarından biri kimi paytaxt seçilməsi mümkündür. Həmin regionlar paytaxt kimi əlverişli ola bilər, lakin bu gün Bakı daha güzəldir”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar