Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan diasporunun sabiq rəhbəri Rusiyadan deportasiya olunacaq

Tarix: 25-12-2021 20:23     Baxış: 3245 A- / A+
Azərbaycan diasporunun sabiq rəhbəri Rusiyadan deportasiya olunacaq
Moskva vilayətindəki Azərbaycan diasporunun sabiq rəhbəri Qalib Ağayev Rusiya Federasiyasından deportasiya olunacaq.

Manevr.az bildirir ki, apa-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, bu barədə Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi qərar çıxarıb.
Məhkəmə Ağayev Qalib Şəmsəddin oğlunu inzibati xəta törətməkdə təqsirli bilib və onu Rusiya ərazisindən məcburi çıxarılmaqla 5 min rubl məbləğində cərimələyib. Bundan başqa, məhkəmə Qalib Ağayevin Yeqorsk şəhər dairəsindəki Rusiya Daxili İşlər Nazirliyinin əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzinə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib.
Xatırladaq ki, keçmiş diaspor rəhbəri Rusiya İnzibati Xətalar Məcəlləsinin Rusiya Federasiyasında qalma (yaşayış) hüququnu təsdiq edən sənədlərin olmaması və ya belə sənədlərin itirilməsi ilə ifadə edilən Rusiya Federasiyasında qalma (yaşayış) rejiminin xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs tərəfindən pozulması, onların itirilməsi barədə müvafiq orqana ərizə təqdim edilmədikdə və ya müəyyən müddətdən sonra Rusiya Federasiyasını tərk etməkdən yayındıqda, bu hərəkətlərdə cinayət əlamətləri olmadıqda maddəsini pozmaqda təqsirli bilinib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar