Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hərbi xidmətə gedəcək şəxslərin NƏZƏRİNƏ

Tarix: 25-12-2021 14:48     Baxış: 3205 A- / A+

Azərbaycanda 2022-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən SMS vasitəsilə məlumatlandırılıblar.
Bu barədə SHXÇDX-dan məlumat verilib.
Vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər. Bununla yanaşı müddətli həqiqi hərbi xidmətə göndərilənlər mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə edə bilərlər. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslərin istifadəsi mümkündür. Çağırışçılara SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində qeydiyyat zamanı təqdim etdikləri mobil nömrələrini aktiv saxlamaları tövsiyə olunur. Qeyd edək ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan öncə - dekabr, mart, iyun, sentyabr aylarının sonunda aktivləşir.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında noyabrın 23-də Sərəncam imzalayıb. 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Silahlı Qüvvələrimizdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş vətəndaşlarımız 2022-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar