Xəbər lenti
DGK Ermənistan istehsalı olan malları məhv etdi
Dövlət Gömrük Komitəsinin (DGK) müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.
Manevr.az xəbər verir ki, DGK-nın Əməliyyat-İstintaq baş idarəsinin Təhqiqat şöbəsinin rəisi Elnur Qurbanov report-a açıqlamasında 4 600 qutu fişəngin və 119 385 ədəd pirotexniki vasitələrin, müxtəlif adda və vaxtı keçmiş dərman preparatlarının, 3 218,75 litr alkoqollu və kustar üsulla hazırlanmış içkilərin, 162 litr sərinləşdirici içkilərin, 361,14 kq ərzaq və qeyri-ərzaq məhsullarının, 107 kq yuyucu vasitələrin komissiya üzvlərinin iştirakı ilə məhv edildiyini bildirib.
"Qeyd edək ki, məhv edilən mallar Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhəddindən keçirilməyə cəhd göstərildiyi üçün müvvəqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalarına aiddir.
Eyni zamanda, məhv edilən mallar arasında Ermənistan istehsalı olan istifadəyə yararsız 37 ədəd suvenir, 32 qutu siqaret və 51,7 litr müxtəlif spirtli içki də olub".
Onun sözlərinə görə, mallar müvafiq ekspert rəyinə əsasən məhvetmə prosesinə cəlb olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar