Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gözəllik yaradan əllər...

Tarix: 22-12-2021 19:03     Baxış: 4420 A- / A+

SADƏ PEŞƏ SAHİBLƏRİ

Ömür yolu arzularla doludur. Peşəsini, sənət yolunu düzgün seçənlər bu arzuların fövqünə yüksəlirlər. Minilliklərin həqiqəti budur ki, sadə, təmiz, ülvi peşələrə yiyələnənlər, ona taleyini həsr edənlər ucalığın öz əzəmətini, şöhrətin doğurduğu real iftixar hissini yaşayırlar.
Peşələrin yaxşısı-pisi olmur. Ona yiyələnən adamın professionallıq dərəcəsi peşəni digərlərinin gözündə ucalda da bilir, əksildə də... Əsas məsələ öz peşəni sevmək və üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməkdir.
Peşəsinə ürəkdən bağlı olan iki doğma bacı – Qızqayıt və Əfsanə Hüseynovalardan söhbət açmaq istəyirəm. Sumqayıt şəhəri, 30-cu məhəllədə yerləşən “Scarlett” sağlamlıq və gözəllik mərkəzində peşəkar usta kimi bu bacılar onlara müraciət edən bütün xanımların sevimlisidirlər. Qərbi Azərbaycanın Göyçə mahalının Böyük Məzrə kəndində 1972-ci il oktyabrın 21-də anadan olan Əfsanə və 1974-cü ilin avqustun 6-da dünyaya göz açan Qızqayıt əmək fəaliyyətlərini Sumqayıtda davam etdirirlər. Baxmayaraq ki, Əfsanə xanım Bakı şəhərində, Qızqayıt xanım isə Ceyranbatanda yaşayırlar, lakin Sumqayıt onlar üçün daha doğma və əzizdir. Günlərinin çox hissəsi bu şəhərdə gözəlləşmək istəyən xanımlarla ünsiyyətdə keçir. Şəhərin müxtəlif yaşayış massivlərindən, hətta Bakı şəhərindən onların sorağını eşidib ünvanlarına üz tutan xanımlarımız çoxdur. Bacıların öz dili ilə desək, “başımızı qaşımağa vaxtımız olmur. Burada işləyə-işləyə özümüzə çoxlu dost-tanış qazanmışıq.”
Bəli, işini mükəmməl bilən ustanın hər yerdə hörməti olur. Əfsanə xanım 10 ildir ki, dırnaq qaynağı, Qızqayıt xanım isə 7 ildir ki, üz-qaş, manikür ustası kimi çalışırlar. Onların əl işləri həmişə razılıq hissi ilə qarşılanır. Hər iki bacının mədəniyyət və səmimiyyəti, insanlarla xoş münasibəti dərin hörmət qazanmalarına səbəb olmuşdur. Onların sözlərinə görə, “işini bildikdən sonra, bu peşə o qədər də çətin deyil. Qarşılaşdığımız ən böyük çətinlik kaprizli müştərilərlə dil tapmaqdır. Bəzən işin gərgin vaxtında elə müştərilər olur ki, nə istədiklərini bilmir, işimizi rahat görməyə imkan vermirlər. İnsan o həddə çatır ki, müştəriyə “bacarırsan, gəl özün et” demək istəyirsən. Lakin, biz bilirik ki, hər peşədə “kapriz”li müştəri olur. Onlarla da dil tapmağa çalışırıq. Əsas odur ki, işimizi professional şəkildə gördüyümüz üçün sonda bütün müştərilər bizdən razı qalır”.
Bəli, Tanrının bizə bəxş etdiyi təbiət gözəldir. Çünki hər şey təbiidir bu təbiətdə, o, biz insanlardan heç nəyini əsirgəmir və təbiiliyini biz insanlara bağışlayır, bəlkə də özü kimi təbii görünməyə çağırır. Bizlər isə bu təbiiliyi, gözəlliyi, sadəliyi, özümüz kimi olmağı nə dərəcədə qəbul ediriksə, bilmirəm, ancaq onu da bilirəm və inanıram ki, təbiətin bu bəxşişlərindən yetərincə faydalana bilmişik. Bu bacıları tanıdığm vaxt ərzində əsas odur ki, insanlarla ünsiyyətdə onlara təbii şəkildə xoş təsir bağışladıqlarının şahidi olmuşam. Yazdığım fikirlər tərif deyil. Bütün bu xoş sözlər həqiqətən də Əfsanə Və Qızqayıt Hüseynova bacılarına layiq sözlərdir.
Həyatda və işlərinizdə qoy Tanrı həmişə sizə kömək olsun, əziz bacılar!

İlhamə Məhəmmədqızı




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar