Xəbər lenti
Dövlət komitəsindən Yevlaxda 13 yaşlı qızın əmisi tərəfindən qaçırılmasına REAKSİYA
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yevlaxda 13 yaşlı qızın əmisi tərəfindən qaçırılması məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bununla bağlı cəmiyyət olaraq birgə fəaliyyət istiqamətləri düşünülməlidir: "Əmi tərəfindən belə bir hərəkətin baş verməsi nə deməkdir? Bu ağla sığmayan bir haldır. Belə hal baş verirsə, bu, insanın fərdi psixoloji durumuna bağlı bir məsələdir. Təhsil, maariflənmə sağlamlıq istiqamətində görülən tədbirlər insana yönəlir. Təhsil də yalnız elm və bilik öyrənmək deyil, həm də insan olmaq üçün imkan yaradır. Bütün proseslərdən keçən, insanlar nəticədə yaşının müəyyən vaxtında belə hərəkətə yol verirsə, bu onun fərd olaraq problemi kimi qəbul olunur. Belə məsələlərə cəmiyyətin sərt reaksiyasının olmaması insanların dözümlü yanaşmasından irəli gəlir. Düşünürəm ki, Ailə Məcəlləsinə daxil olan qanunvericiliyə əsasən ailə qurmağın hüquqi parametrlərini müəyyən edən müddəaları ciddi şəkildə tətbiq etməliyik. Belə məsələlərə yalnız hüquqi müstəvidə qiymət verməliyik. Hər kəs törətdiyi belə hüquq pozuntusuna və cəmiyyətin birgəyaşayış qaydalarına zidd əmələ görə mütləq cəzalanmalıdır. Cəzalandıqda da cəmiyyət bunu adekvat qəbul etməlidir. Hansısa təzyiq aləti kimi görməməlidir. Təəssüf ki, iş prosesində rast gəlirik ki, belə halda kimsə cəzalandırıldıqda cəmiyyət bunu ailə qurmağa maneə kimi qəbul edir. Bu, gənc bir oğlanın hədələnməsi kimi qəbul olunur. İnsanlar nə istədiyini, bəyənmədiyini açıq ortaya qoymalı, prinsipial mövqe tutmalıdır. Çünki bu, bizim hər birimizin ailəsinə aiddir".
B.Muradova qeyd edib ki, bu hadisə komitənin diqqətindədir: "Müdaxilə edilib. Hüquq-mühafizə orqanları ilə birlikdə prosesə cəlb olunmuşuq. Əlbəttə ki, üzərimizə düşən vəzifələri yerinə yetirik. Hüquqi dəyərləndirmədən sonra qızın gələcək taleyi və psixoloji vəziyyəti ilə bağlı qərarların qəbul olunmasında iştirak edəcəyik".
Komitə sədri Ağdamda X sinif şagirdi qızın qaçırılması ilə bağlı məsələyə münasibət bildirib.
O qeyd edib ki, komitənin Ağdamda mərkəzi var: "Mərkəz həmin hadisə ilə məşğuldur. Qız ailəsinə qaytarılıb. Psixoloji vəziyyəti ilə bağlı tədbirlər görülür". oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar