Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qaziyə qarşı dələduzluq edən kanal rəhbəri həbs olundu

Tarix: 22-12-2021 13:33     Baxış: 4182 A- / A+






Bəyaz TV Yutub kanalının rəhbəri Bəhram Alməmməd oğlu Rüstəmovun ayrı-ayrı vətəndaşlara qarşı hədə-qorxu ilə tələb etmə və dələduzluq əməllərinə yol verməsi barədə daxil olan müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Baş Prokurorluqdan verilən məlumata görə, həyata keçirilən təxirəsalınmaz tədbirlərlə B.Rüstəmovun özünü müxbir kimi təqdim edərək Samux rayonu ərazisində yerləşən təhsil müəssisələrində guya baş verən qanunsuzluqlarla bağlı yalan məlumatları internet resursunda yerləşdirib yayacağı hədəsi ilə həmin müəssisələrin rəhbərlərindən müxtəlif məbləğlərdə pul tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, Bəhram Rüstəmovun Bakı şəhərində ayrı-ayrı şəxslərdən, o cümlədən Qarabağ müharibəsi iştirakçılarından onların qazi kimi ev və avtomobil növbəsinə qeydiyyata salınmalarına, eləcə də digər vətəndaşdan cinayət məsuliyyətinə cəlb edilmiş tanışının məsuliyyətdən azad olunmasına köməklik göstərilməsi adı ilə müxtəlif məbləğlərdə pul vəsaiti alıb onlara qarşı dələduzluq etməsinə, bu hərəkətləri ilə sonuncuları rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, ilkin araşdırmalarla B.Rüstəmovun cinayətkar fəaliyyətini həyata keçirmək məqsədi ilə rəhbəri olduğu Bəyaz TV.Az MMC-nin nəzdində özünün sədri olduğu Vətəndaş nəzarəti şurası adlı təsisat yaratdığı müəyyən olunmuş, həmin şuranın bölgə təşkilatlarının yaradılması və üzvlərin seçilməsinə dair protokol və qərar nümunələri aşkar olunaraq sübut qismində götürülüb.
Qeyd edilən faktlarla bağlı cinayət işi başlanmaqla B.Rüstəmova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar törədilən dələduzluq), 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda təqsirli şəxslərin, eləcə də Bəhram Rüstəmovun qanunsuz hərəkətləri nəticəsində ziyan dəymiş digər şəxslərin dairəsinin müəyyən olunması istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar