Xəbər lenti
Dünyanın həsədlə baxdığı uğur zirvəsi - İlham Əliyev- 60
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə çağdaş tariximizin daha bir ilini uğurlu başa çatdırmaqdayıq. Ömrünün 60 illiyini möhtəşəm nailiyyətlər zirvəsində qeyd edən dövlət başçımızin adı bu gün dünyanın ən tanınmış liderləri sırasında iftixarla çəkilir.
Cənab İlham Əliyevin yüksək sərkərdəlik məharətinin nəticəsi olaraq, 44 günlük zəfər yürüşü ilə Azərbaycanın işğal altında olan torpaqları azad edilmiş, Qarabağ münaqişəsi birdəfəlik həllini tapmış, ölkədə möhkəm sabitlik yaradılmışdır. Hazırda əzəli yurdlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır ki, soydaşlarımızın oraya “Böyük Qayıdış”ı sürətlənsin. Elə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması və inkişaf etdirilməsi də bu amala hesablanan cəsarətli addımlardandır.
İlham Əliyevin bugünkü fəaliyyətinin prioritetləri çoxşaxəlidir. Dövlət başçımızın ayrıca sərəncamla təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” qarşıdakı dövrdə ölkənin əsas hədəflərini hərtərəfli əks etdirir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi ilə yanaşı, ölkənin qalan regionlarında da tərəqqi yürüşü davam edir. Dövlət başçısının milli iqtisadiyyatın inkişafına gündəlik qayğısı sayəsində Ələt Azad İqtisadi Zonasının (AİZ) yaradılması ideyası cari ildə, nəhayət, gerçəkləşdi. Bu, ilk növbədə, son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlərin nəticəsidir və təməlində Azərbaycanın quruculuq və inkişaf siyasəti dayanır. Fəxr edirik ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Biz bir çox inkişaf etmiş ölkələri əksər parametrlər üzrə qabaqlamışıq.
Ali rəhbərin Sumqayıta qayğısı da dastanlara sığmayacaq dərəcədə böyükdür. Təkcə bu il Prezident iki dəfə Sumqayıta gəlib. Yanvar ayında dövlət başçısının xeyir-duası ilə Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməli qoyulub, “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılışı olub. Sentyabrda isə dövlət başçısı Sumqayıt Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının, Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Məhkəmə Kompleksinin açılışlarında iştirak edib, həmçinin güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməlini qoyub və Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunan 1100 şagird yerlik tam orta məktəbdə yaradılan şəraitlə də tanış olub.
Cənab İlham Əliyevin Prezident kimi Sumqayıta düz 30 dəfə səfər etməsi onu göstərir ki, dövlət başçısının bir əli daim bu şəhərin üzərindədir. Buna görə də Sumqayıt yeni əsrin sürətlə inkişaf edən, müasirləşən, modern texnologiyaların tətbiq edildiyi bir şəhərə çevrilib. Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Buranın yüksək tərəqqisi, yeni iş yerlərinin yaradılması və əhalinin rifah halının durmadan yaxşılaşdırılması ürəyimizdən xəbər verir.
Sumqayıtda və bütövlükdə respublikamızda həyata keçirilən iqtisadi layihələrdə bizim “AzTermoizol” ASC də yaxından iştirak edir. Fəaliyyətimiz aparıcı beynəlxalq qurumlar tərəfindən daim yüksək qiymətləndirilib. Şirkət Avropanın dörd ali mükafatına layiq görülüb. Mən Avropa Beynəlxalq Sahibkarlar Konfederasiyasına
üzv seçilmişəm. Cənab İlham Əliyev tərəfindən “Əmək” ordeni və “Tərəqqi” medalı ilə təltif edilmişəm. İngiltərə, Fransa, İspaniya və Avstriyada keçirilən beynəlxalq iqtisadi konfranslarda ölkəmizi təmsil etmişəm. Şirkətimiz SOKAR-la sıx əməkdaşlıq edir. Uğurlarımız mənz cənab İlham Əliyevin bizim üçün yaratdığı münbit şəraitin nəticəsində əlçatan olub.
Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, indi postmünaqişə dövrüdür. Quruculuq, əməkdaşlıq yönmündə irəliləmək lazımdır. Bu fikirlər dövlətimizin başçısı Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Proqramının VI Sammitindədə söyləyib. Orada Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı tərəflər müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Noyabrın 26-da Soçidə Rusiya Fedorasiyasının, Azərbaycan respublikasının prezidentləri və Ermənistanın baş nazirinin üçtərəfli görüşündə də dövlətimizin başçısı eyni mövqedən çıxış edib və rəqibi üzərində aşkar üstünlüyünü bir daha nümayiş etdirib. Beləliklə, cənab İlham Əliyevin siyasi triumfu ilə keçən hər iki səfərdə öhdəliklərin yerinə yetirilməsi, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsinin vacibliyi önə çəkilib. İnanırıq ki, tezliklə bütün bunlar konkret əməli tədbirlərdə öz əksini tapacaq.
Görünən odur ki, sevimli prezidentimiz cənab İlham Əliyev formatından və miqyasından asılı olmayaraq, bütün platformalarda ilk növbədə məhz milli maraqlar kotekstindən çıxış edir, Azərbaycanın haqq işini gur səslə dünyaya car çəkir və konkret arqumentləri ilə rəqiblərini tərksilah edir. Dövlət başçımızın qətiyyətli mövqeyi cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Azərbaycan rəhbərinin diplomatik məharəti və düzgün siyasi manevrləri ölkəmizin regiondakı öncül iqtisadi və siyasi çəkisinin barometridir.
Şakir HƏSƏNOV,
Sumqayıt şəhərindəki “Aztermoizol” ASC-nin sədri
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar