Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Daha tıxac problemi olmayacaq - Uçan taksilər istehsal olunur

Tarix: 22-08-2016 17:36     Baxış: 3476 A- / A+
Daha tıxac problemi olmayacaq

Airbus Şirkəti tezliklə uçan taksilərini təqdim edəcək.

Dünyanın ən nəhəng şirkətlərindən birinin innvativ addımı hər kəsi həyəcanlandırıb.

Müasir insanın gündəlik qarşılaşdığı problem arasında ən mühüm yerlərdən birini də tıxaclar tutur. Biz bəzən saatlarla tıxacda otura. hər hnası bir səbəbdən bağlanan yolun açılmasını gözləyə bilərik. Bu hal insanda əsəb gərginliyi yaradır, vacib işlərinin təxirə salınması nəticəsində müəyyən problemlər yaradır. Bütün bunları yaxşı bilən dünyanın ən nəhəng aero şirkətlərindən biri olan Airbus öz-özünü idarə edə bilən taksilərin yaradılmasına start verib. Qeyd edək ki, çoxdan gözlənilən bu yenilik heç də uzaq gələcəkdə deyil, məhz 2017-ci il sınaqlarından sonra fəaliyyətə başlaya bilər.

Airbus bildirir ki, bu elmi fantastika filmlərinin sseanirisi kimi səslənsə də, tezliklə reallığa çevriləcək. Şirkətin rəhbəri Tom Enders bu iddia ilə razılaşan ilk adamdır:

"Mən Ulduz Müharibələri filminin böyük fanatlarından deyiləm. Buna baxmayaraq, böyük şəhərlərin səmasında uçuşan maşınları təsəvvür etmək mənə çılğın bir ideya kimi görünmür. Bütün bunlar isə uzaq gələcəkdə deyil, çox yaxın zamanda baş verəcək."

Konseptə əsasən, aeroporta gələn istifadəçilər əvvəlcədən pilotsuz Airbus taksilərində yer bron etməli və vertolyot meydançasından uçuşa hazır olmalıdırlar. Sərnişinlər təyin olunan yerə adi taksilərə verdikləri ödənişin eynisi qədər ödəməklə çata biləcəklər. Çünki, bir taksidə bir neçə sərnişin uçacaq və dolayısıyla dəniş onların arasında bölüşdürülərək ödəniləcək. Yükü isə başqa bir xidmət vasitəsilə daşıyacaqlar. Zenhop adlı bu taksilərdən əlavə, məhz yük daşınması üçün Zenluggage sistemi də işə düşəcək.

Airbus şirkəti həm də pilotsuz çatdırılma xidməti üzərində işləyir və bu sistemin sınaqlarını 2017-ci ilin ortalarında Sinqapur Universitetində keçirməyi hədəfləyir. Avtomatlaşdırılmış hava gəmisi məyyən hava dəhlizləri ilə hərəkət edərək, lazımi nöqtələrdə yükü buraxacaq və sifarişçiyə bu barədə bildiriş göndərəcək.(pahoo.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar