Sizin Reklam Burada
Xəbər lenti
08-10-2025
07-10-2025
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslərə ünvanlı yardım verilməyəcək - RƏSMƏN AÇIQLANDI

Tarix: 21-12-2021 15:34     Baxış: 182 A- / A+
Bu şəxslərə ünvanlı yardım verilməyəcək - RƏSMƏN AÇIQLANDI

Sosial şəbəkələrdə adına bir neçə mobil əlaqə nömrəsi olan vətəndaşların ünvanlı sosial yardımla bağlı müraciətinə rədd cavabı veriləcəyi ilə bağlı məlumatlar yayılıb.
Manevr.az trend-ə istinadən xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlər Departamentinin müdiri Rasim Səfərov "Sosial saat" verilişində məsələyə aydınlıq gətirib.
Onun sözlərinə görə, yayılan məlumatlar doğru deyil.
"Şəxsin adına bir neçə mobil nömrə ola bilər. Sadəcə ərizə bəyannamədə bunu qeyd etmək lazımdır ki, həmin nömrələr vasitəsilə çəkilən xərclər düzgün hesablansın və bu da ünvanlı dövlət sosial yardımın təyin olunması zamanı nəzərə alınsın. Bəzən vətəndaşın özünün də xəbəri olmadan adında bir neçə nömrə olur. Biz də elektron sistemlər vasitəsilə yoxlama zamanı şəxsin adına olan nömrəni aşkarlayırıq və ərizədə bəyan edilmədiyi üçün imtina verilməsinə səbəb olur. Vətəndaşlar çəkinməsinlər. Adlarına nə qədər mobil telefon nömrəsi varsa, bəyan etsinlər. Bunlara çəkilən xərclər də kommunal xərclər kimi nəzərə alınır. Bu, gəlirlərin düzgün hesablanması baxımından labüddür".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar