Xəbər lenti
“Jurnalistə 3 illik vəsiqə verə bilməzsən” - Sabir Rüztəmxanlı
“Ölkədə ilk müstəqil qəzeti mən çıxarmışam, 5 il mətbuat naziri olmuşam. O dövrdə ilk qanunu biz hazırlamışıq. Lakin qanun yaradıcılığında heç məni yada salmayıblar”.Manevr.az lent.az-a istinadan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, bu qanun daha çox daxili mediaya hesablanıb: “Halbuki Azərbaycan üçün əsas təhlükə xarici mediadandır. Ona görə daxildəki mətbuatı indiyə qədər olan qanunlar idarə edirdi. Amma daxildəki mətbuat təhlükə deyil. Jurnalistikanı müqaviləyə bağlamaq olmaz, jurnalist peşədir. Qəzetlərə köşə yazan yazarlar var. Sən onu jurnalist saymayacaqsan?! Jurnalist ömürlük işdir, ona 3 illik vəsiqə verə bilməzsən. Jurnalist ömürlük jurnalistdir, istəyir işləsin, istəyir işləməsin”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























