Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Operativ Qərərgah sərt tədbirlər görməlidir” – Professor yerli TV-ləri koronavirusa görə tənqid etdi

Tarix: 20-12-2021 11:39     Baxış: 3162 A- / A+
“Operativ Qərərgah sərt tədbirlər görməlidir” – Professor yerli TV-ləri koronavirusa görə tənqid etdi

COVİD-19-un daha sürətlə yayılan ştamı "Omicron” artıq qonşu ölkələrdə də aşkarlanıb. Ötən gün İranın paytaxtı Tehranda yeni ştama ilk yoluxma faktı qeydə alınıb. Eyni zamanda Rusiyada 25 , Türkiyədə 6 yoluxma halına rast gəlinib. Dünyanın bəzi ölkələrində "Omicron”la bağlı sərt tədbirlər görülür. Məsələn, Londonda bu varianta yoluxma sayında kəskin artım səbəbilə fövqəladə vəziyyət elan edilib.
Bəs "Omicron” Azərbaycan üçün təhlükə törədə bilərmi? Ölkədə hansı tədbirlərin görülməsi ehtimalı var?

Manevr.az-ın xəbərinə görə, bununla bağlı Sfera.az-a açıqlama verən tibb elmləri doktoru, professor Musa Qəniyev bildirib ki,  "Omicron” COVİD-19-un polimutasiyaya məruz qalan yeganə mutant variantı olduğundan, sürətlə yayılaraq kütləvi immunitet yaratmalıdır:

"”Omicron” ştamındakı 50 mutasiyanın 49-u əvvəlki mutant ştamlarda müşahidə edilən mutasiyaların summar məcmusudur, yəni qorxulu deyil. Son günlər əksər Avropa ölkələrində tətbiq olunun sərt karantin tədbirləri əhali və dövlət qurumları arasında ciddi qarşıdurma, hətta toqquşmalara səbəbolub. Təbii olaraq, bunu izləyən əhalimiz - xüsusən son qadağaların ləğvindən sonra ailəsinə bir parça çörək pulu aparan vətəndaşlar "yenidən sərt karantin ola bilərmi?” sualını düşünür. Amma COVİD-19-un bütün ştamları daxil, total ölüm təqribən 2 faizdir. Yeni variant artıq 90-dan artıq dövlətdə yayılıb, ölüm halı isə, yalnız İngiltərədə müşahidə edilib - 24968 yoluxmaya qarşı, cəmi 7 nəfər, yəni 0,028%. Başqa sözlə, SARS-CoV2 virusunun ölüm törətmə əmsalı 70 dəfə azalıb”.

Professor ölkədə müşahidə edilən digər problemlərdən birinə də toxunub:

"Hazırda dünyada yeganə olaraq bizim televiziya kanallarında "öpüşmək” yenidən  dəbə düşüb. Başa düşmək olmur, televiziya rəhbərliyi hara baxır? Axı bunu televiziyalarda görən müasir gənclik, eyni hərəkətlərin "monoton təkrarını” edəcək. Hazırkı şəraitdə bu yolverilməzdir, cinayətdir. Bunu qarşısını almaq üçün Operativ Qərərgah sərt tədbirlər görməlidir”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar