Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Uşaqpulu qayğı deyil, uşaqların haqqıdır” – Qubad İbadoğlu

Tarix: 19-12-2021 16:05     Baxış: 3167 A- / A+
“Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media qurumlarının rəhbərləri ilə görüşündə deyib ki, hazırda Azərbaycanda 2,7 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var. Ayda 100 manat uşaqpulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlandığına görə bu müddət ərzində uşaqpulu təminatı üçün 30 milyard manatdan çox pul tələb olunur. Ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük. Uşaqpulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi də çətindir. Meyarlar olsa belə, burada manipulyasiya, korrupsiya əməlləri ola bilər. Biz isə bundan qaçırıq. 600 mindən çox uşağa sosial müavinət və əlilliklə bağlı pensiya verilir. Fikirləşirik ki, uşaqpulu təyinatının yerinə əməkhaqqı artımı olsun. Məqsədimiz minimum əməkhaqqının artırılması ilə sosial rifahın yüksəldilməsidir". Əvvala uşaqpulunun 18 yaşa qədər bütün uşaqlara verilməsi təklif olunmur, ehtiyacı olmayanlara bu pul nəyə görə verilməlidir ki? Əgər hazırda 600 mindən çox uşağa sosial müavinət və əlilliklə bağlı pensiya verilirsə, onda uşaqpulu  2,7 milyon uşağa deyil, yerdə qalan 2,1 milyona verilməlidir. Belə olanda da  tələb olunan məbləğ  3,3 milyard manat deyil, 2,52 milyard manat olur. İkincisi də, 100 manata gücünüz çatmır 80 manat verin, ya da ehtiyaclar üzrə fərqli məbləğ ödəyin”.
 
Manevr.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu bildirib.
“Demoqrafik vəziyyət necə yaxşıdır ki, 2009-2014-cü illərlə müqayisədə 2015-2020-ci illərdə  ölkədə doğum sayı 135050 nəfər azalıb, ölüm sayı 32 363 nəfər artıb,  nigah sayı 136050 nəfər azalıb, boşanmaların sayı 24528 nəfər çoxalıb. Hazırda 700 mindən çox icra sənədinin 100 mindən çoxu aliment tələbi ilə bağlıdır. Ümumilikdə aliment tələbi ilə bağlı xeyrinə qərar verilən uşaqların sayı 160 mini ötür, halbuki 2009-cu ildə aliment tələbinə dair 25 mindən çox icra sənədi var idisə, bu il bu sənədlərin sayı 99 mindən çox olub. Eyni zamanda Dövlət Statistika Komitəsinin digər  məlumatına görə, 2020-ci ilin 1 yanvar tarixinə Azərbaycanda 0-17 yaşlı uşaqların sayı 2 milyon 636 min 700 nəfər olub. 2001-ci ildə bu yaşda uşaqların sayı 2 milyon 998 min 900 nəfər olub. Bu isə o deməkdir ki, son 20 ildə Azərbaycanda uşaqların sayı 236 min 200 nəfər azalıb. Demografik problem necə olur ki?  Digər tərəfdən də uşaqpulunun verilməsi heç də bütün hallarda  demografik problemi həll etmək üçün deyildir. Uşaqpulu qayğı deyil, uşaqların haqqıdır. Uşaq pulu  həm də ideoloji məsələsidir. Uşaqpulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi çox asandır, dünya təcrübəsində onun çox örnəkləri vardır. Azərbaycana gəlincə, uşaqpulunun məbləği ailənin gəlirləri ilə ailədə hər bir  üzvün yaşayışının gerçək dəyəri arasında fərq qədər müəyyənləşdirilə bilər. Burada manipulyasiya, korrupsiya əməlləri yalnız pis idarəçilikdən  qaynaqlanır. Normal və şəffaf idarəçilikdə, açıq hökümətdə nədən korrupsiya yaranmalıdır. Guya digər sosial proqramlarda- özünüməşğulluqda, ünvanlı sosial yardımda, pensiyada, əlillik dərəcələrinin verilməsində - korrupsiya yoxdur? Uşaqpulu təyinatının yerinə əməkhaqqı artımının işsizlərə nə aidiyyatı və sosial müdafiə nazirlinin funskiyasına nə dəxli var? Ölkədə işsizlərin sayının kəskin artması və problemin kütləviləşməsinə görə məşğulluq idarələrində qeydiyyata alınmış işsizlərin sayının açıqlanmasını 2020-ci ilin aprel ayından dayandırılıb. Azərbaycanda işsizlərin sayını ən yaxşı bilən Sahil Babayevdir. Nədən adında əmək  və sosial müdafiə sözləri olan nazirliyin rəhbəri və dövlət başçıcı heç fikirləşmirlər ki, işsizlərin  də uşaqları var. Məgər onların uşaqları doyunca yeməli,  sağlam və savadlı böyüməli deyil? Görəsən, əmək  nazirliyinin rəhbərləri işsizliklə bağlı rəqəmlərə baxanda və onları sosial müdafiəsiz bu çətin yaşam şəraiti ilə baş-başa buraxanda vicdan əzabı çəkirmi?  Rəsmi məlumatlara görə, bu ilin 9 ayında cəmi 3033 nəfərə işsizlik müavinəti verilib, bəs yerdə qalan işsizlər  nə ilə dolanmalıdır? Uşaqpulu verilməsi üçün büdcənin problemi maliyyə təminatında deyil, onun xərclənməsindədir. Əgər büdcə şəffaflığına əməl olunarsa, vəsaitlər  səmərəli və hesabatlı xərclənərsə,  dövlət sifarişləri açıq tenderlər vasitəsilə rəqabətli icra olunarsa, onda hər fiskal ildə büdcəyə milyardlarla qənaət etmək olar. Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin "Global legal" və "Ekvita consulting" MMC-lərə verdiyiniz sifarişlər də bu qəbildəndir. Digər tərəfdən də uşaq pulunun ödənilməsi ailənin xərcləmələrinin çoxalmasına, əhalinin alıcılıq qabliyyətinin artımına və bununla da dövlət büdcəsinə istehlak vergilərinin daha çox daxil olmasına gətirib çıxaracaq. Bununla da dövlət  uşaq pulu adı ilə ödədiyi vəsaitlərin bir hissəsini geriyə qaytaracaq. Hesab edirəm ki, uşaq pulunun maliyyələşdirilməsi və idarəedilməsi üçün Uşaq Fondu yaradılmalı, onun maliyyə mənbələri şaxələndirilməlidir. Büdcədən, Neft Fondundan və şirkətlərdən ayırmalar hesabın  Fondun vəsaiti yetərincə təmin oluna bilər. Uşaq pulunun ödənilməsi neft gəlirlərinin nəsillər arasında bölgüsü sahəsində mövcud ədalətsizliyi qismən olsa da aradan qaldıra bilər. Odur ki, mənasiz aqrumentləri təkrar-təkrar səsləndirməkdənsə  korrupsiyanın qarşısını alın, büdcəni səmərəsiz xərclərdən azad edin, dövlət alqı-satqılarını açıq tenderlərlə və rəqabət əsasında maliyyələşdirin, bazarları hökmran  mövqedə olan başqalarına giriş baryerləri yaradan  inhisarçılardan azad edin, rəqabəti dəstəkləyin, insanlara azadlıq verin, bir sözlə azad iqtisadi münasibətlər və sərbəst təşəbbüslər üçün şərait yaradın. Belə olsa heç kəs dövlətə möhtac olub, uşaq pulun davası etməz, hər kəs özünü və ailəsini halal zəhməti ilə dolandırar. Siz nə burda saydıqlarımı edir, nə də  ehtiyacı olan ailələrə uşaq pulu verirsiniz. Sizcə, ağır yaşam şərtləri altında hər gün yoxsullaşan əhali necə dolanmalı və uşaqlarını nəylə saxlamalıdır?” – Q.İbadoğlu qeyd edib./pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar