Xəbər lenti
Bu qatar Cəbrayıla gedir? -Yayılan video ilə bağlı RƏSMİ AÇIQLAMA/VİDEO
Sosial şəbəkədə Cəbrayıl rayonuna 28 ildən sonra ilk dəfə qatarın getməsi ilə bağlı görüntülər yayılıb.
Manevr.az xəbər verir ki, görüntülərin rayonun Mehdili ərazisində çəkildiyi, bu istiqamətdə yük qatarlarının fəaliyyətə başladığı iddia olunur.
Yayılmış görüntülərlə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, bu istiqamətdə qatarlar hazırda Horadiz stansiyasına qədər hərəkət edirlər. Belə ki, görüntülər Horadiz-Ağbənd dəmir yolunun tikintisi və layihələndirilməsi işləri ilə əlaqədar iş prosesi zamanı qeydə alınıb:
“Hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən dəmiryol xəttinin çəkilməsi istiqamətində işlər həyata keçirilir. Yayılan görüntü həmin işlərin gedişatı zamanı qeydə alınıb. Görüntüdəki qatar dəmir yollarının təmiri və istismarı işlərini həyata keçirən təsərrüfat (işçi) qatarıdır”.
Xatırladaq ki, bu ilin fevralın 14-də Prezident İlham Əliyev Horadizdə olarkən Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməlini qoyub. Bu dəmir yolunun işə düşməsindən sonra Naxçıvan Muxtar Respublikası dəmir yolu xətti ilə birləşəcək./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar