Sizin Reklam Burada
Xəbər lenti
08-10-2025
07-10-2025
BÜTÜN XƏBƏRLƏR

“Vətəndaşların hissləri ilə oynamayın” – Kərə yağının ucuzlaşacağı ilə bağlı xəbərə kəskin REAKSİYA

Tarix: 18-12-2021 18:28     Baxış: 3186 A- / A+

sharethis sharing button
“Baş Nazir Əli Əsədovun kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının qiymətinin qarşısını alacaq qərar verdiyi haqqında xəbərlər paylaşılıb. Çox güman ki, qərarın içini, məğzini oxumadan belə qənaətə gəliblər”.

Manevr.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli fikir səsləndirib. O bildirib ki, Əli Əsədov 2017-ci ildən qüvvədə olan və bu ilin dekabrın 31-də bitməsi gözlənilən güzəştlərin 2023-cü ilə qədər uzadılması ilə bağlı qərar verib:
“Yəni, 2017-ci ildən bu qərar var idi, amma kərə yağının və süddən hazırlanmış digər yağların, pastaların qiyməti durmadan artırdı, indi isə qiymətlər kəllə-çarxa çıxıb. Bu qərarın təsiri olsaydı, indiyədək qiymətlər artmazdı.
Deməli qərarın uzadılması qiymət artımının qarşısını alan faktor ola bilməz və olmayacaq da. İnsanların həssas yeri olan ərzaq qiymətləri ilə bağlı başlıqlar yazanda, xəbərlər paylaşanda diqqətli olun, vətəndaşların hissləri ilə oynamayın” – deyə ekspert fikirlərini tamamlayıb./konkret.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar