Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

DSMF vaxtı bitən bank kartlarının necə dəyişdiriləcəyini açıqladı

Tarix: 18-12-2021 12:51     Baxış: 3211 A- / A+

Dövlət Sosial Müdafiə Fondu ilin başa çatması ilə əlaqədar sosial ödəniş alan vətəndaşların bank kartlarının vaxtının bitməsi ilə bağlı hansı addım atmalı olduğunu açıqlayıb.
Fondun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rəşad Mehdili apa-ya açıqlamasında bildirib ki, vətəndaşa pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım təyin olunarkən ona bank kartını hansı bankdan alacağı barədə rəsmi bildiriş göndərilir: “Sosial ödəniş təyin olunduqda kart Dövlət Sosial Müdafiə Fondu tərəfindən müvafiq banka (“Kapital Bank”a və ya “Azərbaycan Beynəlxalq Bankı”na) sifariş olunur. Vətəndaş ona göndərilən məlumatda qeyd edilən bank filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək kartını əldə edir.
Vətəndaş istər “Azərbaycan Beynəlxalq Bankı”na, istərsə də “Kapital Bank”a məxsus kartını itirdikdə həmin bankın istənilən filialına müraciət edib yeni kart əldə edə bilər”.
R. Mehdili deyib ki, “Kapital Bank” tərəfindən ayın sonunda müddəti bitəcək kartların siyahısı həmin ayın əvvəlində Dövlət Sosial Müdafiə Fonduna göndərilir: “Siyahı Fond tərəfindən təsdiq edildikdən sonra geri göndərilmiş siyahı üzrə kartlar yenilənir. Vətəndaş da şəxsiyyət vəsiqəsi ilə bankın istənilən filialına müraciət etməklə kartını əldə edir. Sosial ödənişlərini Beynəlxalq Bankdan alan vətəndaşlar isə müddəti bitmiş kartını bankın istənilən filialına yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim etməklə yenisi ilə əvəzləyə bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar