Xəbər lenti
"Media haqqında" qanun zərurətdən irəli gəlir - Qulu Məhərrəmli
Azərbaycanda “Media haqqında” qanun layihəsi hazırlanıb. Qanun layhəsinin hazırlanmasında məqsəd informasiya təhlkəsiziliyini artırmaq, medianın fəaliyyətini inkişaf etdirmək və stimullaşdırmaqdır. Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda, jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. “Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək. Qeyd edək ki, qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib, qanun layihəsinin müzakirələri davam edir.
Manevr.az-ın xəbərinə görə, media eksperti Qulu Məhərrəmli bildirib ki, bu gün "Media haqqında" qanun layihəsinin cəmiyyətdə fərqli reaksiyalar doğurması, bəzilərində hətta həyəcan və təşviş yaratması təbiidir.
"Ona görə ki, belə bir qanunun ortaya çıxması təkcə mətbuatı, jurnalistləri, media orqanlarında çalışanları deyil, bütövlükdə cəmiyyəti düşündürən məsələdir. Çünki biz hamımız informasiya istehlakçısıyıq. Ona görə də o informasiyanın bizə necə çatması, onun arxasında dayanan ictimai münasibətlərin necə tənzimlənməsi əlbəttə ki, önəmlidir.
Faktiki olaraq yeni qanunun ortaya çıxması reallıqdır və zərurətdən irəli gəlir. Çünki KİV haqqında qanun 20 il bundan əvvəl qəbul olunub və ona dəfələrlə dəyişiklik edilib. Digər tərəfdən informasiya texnologiyalarının inkişafı, internetdən istifadənin genişlənməsi cəmiyyətdə informasiya və hüquq münasibətlərinin tənzimlənməsini tələb edir. Onlayn medianın ortaya çıxardığı rəqəmsallaşma, konvergensiya, qloballaşma, diversifikasiya və s. problemlərin hamısını özündə ehtiva edən hüquqi normalar olmalıdır" - Q.Məhərrəmli qeyd edib./trend
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar