Sizin Reklam Burada
Xəbər lenti
08-10-2025
07-10-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyə ilə Azərbaycan birgə döyüş təyyarələri istehsal edə bilər

Tarix: 18-12-2021 10:28     Baxış: 3183 A- / A+

"Azərbaycan, Pakistan kimi ölkələrlə milli qırıcıların birgə istehsalı təklifləri irəli sürürük”.
Manevr.az xəbər verir ki, Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin direktoru İsmayıl Dəmir “CNN-Türk”ə müsahibəsində bildirib.
İsmayıl Dəmir əlavə edib ki, Türkiyə aviasiya və müdafiə sənayesi sahəsində təcrübəsi, bilik və bacarıqları olan ölkələrdən faydalanmaq təşəbbüsünü dəstəkləyir: “Təbii ki, hər ölkənin özünəməxsus bacarıq və qabiliyyətləri var. Müsbət cavablar aldığımız ölkələrlə bu addımları daha da inkişaf etdirməyə davam edəcəyik və bu addımların müsbət nəticələr verəcəyinə inanırıq”.
Qeyd edək ki, Türkiyənin TUSAŞ şirkəti (Aviasiya və Kosmos Sənayesi A.Ş.) beşinci nəsil, uzaq məsafədən vurma qabiliyyəti olan, tam elektron və modern radar sistemləri ilə təchiz edilən milli döyüş təyyarəsinin (MMU) istehsalı üçün Britaniyanın “BAE Systems” şirkəti ilə 2017-ci ildə müqavilə imzalayıb.
MMU-nun ilk uçuşunun 2025-ci ildə həyata keçirilməsi planlaşdırılır./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar