Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Deputatdan korpus komandanının istefasına REAKSİYA: “Məlumat gizli olmalıdır”

Tarix: 17-12-2021 16:30     Baxış: 3195 A- / A+

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə 3-cü Ordu Korpusunun (Şəmkir korpusu) komandanı general-mayor Mübariz Rzayevin vəzifəsindən azad olunmasına münasibət bildirib.

Manevr.az-ın məlumatına əsasən, Aydın Mirzəzadə özünün “Facebook” səhifəsində Mübariz Rzayevin ehtiyata buraxılmasından sonra başlanan müzakirələri düzgün hesab etmədiyini bildirib.
“Bu tip məsələlərin müzakirəsini düzgün hesab etmirəm”, - deyə deputat əlavə edib.
Onun sözlərinə görə, bəzi dövlət strukturlarının ali rəhbərlərindən başqa aşağı pillə vəzifə təsnifatı və o vəzifəni yerinə yetirənlər haqqında məlumatlar gizli olmalıdır.
Qeyd edək ki, Mübariz Rzayev bu ilin martında Şəmkir korpusunun komandanı vəzifəsinə təyinat alıb.
General-mayor bu ilin dekabrında öz istəyi ilə ordu sıralarından ehtiyata buraxılıb.
Bundan sonra başlanan müzakirələrdə belə iddialar səslənir ki, Mübariz Rzayevin istefasına səbəb Müdafiə Nazirliyinin rəhbərliyi ilə aralarında fikir ayrılığının olmasıdır./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar