Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Müəllimlərdən pul yığan direktor Abid Şərifovun bacısı qızıdır - VİDEO

Tarix: 17-12-2021 13:07     Baxış: 4235 A- / A+


Müəllimlərdən pul yığan direktor Abid Şərifovun bacısı qızıdır - VİDEO

189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyevanın müəllimlərdən pul yığılması ilə bağlı səs yazısının yayılması böyük ajiotaja səbəb oldu. Bu məsələ sosial şəbəkələrdə bir neçə gün müzakirə olunandan sonra araşdırma başladı. 
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məsələnin nəzarətə götürüldüyünü, müvafiq tədbirlər görüləcəyini bildirsə də, hələki "araşdırma”nın nəticəsindən səs-soraq yoxdur.

Ortada kifayət qədər ciddi sübutun omasına rəğmən məktəb direktorunun postunu qoruya bilməsinə səbəb nədir?

Təhsil Nazirliyindəki mənbə  Ceyran Quliyevanın hansı səbəbdən cəzalandırılmamasının səbəbini açıqlayıb. Mənbə xanım Quliyevanın bu vəzifəyə sabiq Təhsil naziri Misir Mərdanov tərəfindən təyin olunduğunu bildirib. Onun sözlərinə görə, Ceyran Quliyevanın fəaliyyətilə bağlı həmişə şikayətlər olsa da, BŞTİ-nin heç bir rəisi onu işdən çıxarmağa cəsarət etməyib.

"Ceyran Quliyeva Baş nazirin sabiq müavini Abid Şərifovun bacısı qızıdır. O, uzun illərdir ki, dayısının sayəsində vəzifədə qala bilib. Hazırda Abid Şərifov təqaüddə olsa da, əvvəlki nüfuzunu qoruya bildiyinə görə, yaxın ətrafı da ondan faydalanır”./yenisabah.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar