Xəbər lenti
Kasıb ailə 4 aylıq körpəni 104 dollara satdı
Çətin vəziyyətdə yaşayan əfqan ailəsi dörd aylıq körpəsini 104 dollara satıb.
Manevr.az azxeber.com-a istinadən xəbər verir ki, əfqan ana hər iki uşağına baxa bilmədiyi üçün dörd aylıq əkizlərindən birindən imtina etməli olub.
Talibanın avqustun ortalarında ölkəni nəzarətə götürməsindən sonra Əfqanıstanda ailələr yaşamaq üçün kifayət qədər qida tapmaqda çətinlik çəkirlər.
Qərargahı Londonda yerləşən "Save the Children" Fondunun rəsmiləri ölkədəki maliyyə böhranı səbəbindən humanitar böhranın getdikcə dərinləşdiyini, insanların övladlarını satmaq məcburiyyətində qalmasını söyləyiblər. Bunun son nümunəsi dünən baş verib.
Bibi adlı əfqan qadın əkizlərindən birini satıb. Bibi, "Əvvəlcə uşağı pul istəmədən vermək istədim, amma süd, yemək və dərman pulum olmadığı üçün satmağı düşündüm. O pulla bir müddət daha yemək ala bilərəm. 104 dollara satmalı oldum. Təsəvvür edə biləcəyinizdən daha çətin bir qərar idi. Amma bizdə heç nə yoxdur. Onları ayırmaqdan əziyyət çəkirəm" - deyə bildirib. Bibinin həyat yoldaşı Məhəmməd bildirib ki, əgər iş olarsa, həftədə bir neçə gün işləyə bilər, lakin bir günlük qazanc iki günün xərclərini ödəmir.
Cütlüyün 12 yaşlı oğlu pul yığmaq üçün başqalarının çantalarını və əşyalarını aparır.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar