Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Alimlərdən şok araşdırma: Bu itlər insan dilini bilir

Tarix: 15-12-2021 10:11     Baxış: 4203 A- / A+

Hələ uşaqlıqdan bu sual hamımızı düşündürüb: görəsən itlər və ya pişiklər bizim dilimizi başa düşürmü?
Manevr.az xəbər verir ki, kanadalı mütəxəssislər müxtəlif it cinslərindən olan 165 iti ev heyvanlarının başa düşdüyü fərqli söz və ifadələrlə test ediblər. Alimlərin qənaətinə görə, itlər orta hesabla 89 söz və ifadəni anlaya bilir.
Tədqiqatın ən diqqətçəkən nəticələrindən biri də ən ağıllı itlərin 215-ə qədər sözü başa düşməsidir. Mütəxəssislərin fikrincə, müxtəlif araşdırmalar və üsullarla itin ünsiyyət bacarıqlarını daha da inkişaf etdirmək mümkündür.
Bəs hansı it cinsləri digərlərindən daha ağıllıdır?
Tədqiqatlar nəticəsində məlum olub ki, Avstraliya, Border Kolli, Kardigan Velş Korqi, Miniatür Amerika, Şotlandiyavə Alman Çoban itləri siyahıda ilk pillədə dayanırlar.
Tədqiqatçılar bildiriblər ki, itlərin cavab verdiyi sözlərin sayındakı fərqlərin cinslər arasında nəzərəçarpacaq fərqlə bağlı olub-olmaması üzərində araşdırmalar davam edir.
Əslində bu, 20-ci əsrin əvvəllərindən bəri tədqiqatçılar itlərin insanlarla necə ünsiyyət qurduğunu yaxından öyrəniblər. 1928-ci ildə psixoloqlar Varden və Varner itin əmrlərə cavab vermək qabiliyyətini Alman it Fellov üzərində öyrəniblər.
Bu itin təxminən 68 söz və ifadəyə cavab verdiyi qeydə alınıb.
Bəs itlər hansı ifadələri başa düşürlər?
İtlər gün ərzində onların yanında istifadə olunan bir çox söz və ifadələri başa düşürlər. Bunlar “sağ ol, ev, su gətir, sümük, harada?, otur, fırlan, yeri, günahkar, bağça, acsan?, gecən xeyrə, top, it, get, yemək ye, dişləmək olmaz, get al, yaxşı, mətbəx, səni sevirəm, pişik, çox gözəl, boşqab, zibil, oyun, çöl, yemək yemək olmaz, hamam, ip” kimi sözlərdir./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar