Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Reket jurnalistləri saxlayan nazirlər var” - Vahid Əhmədov

Tarix: 14-12-2021 19:47     Baxış: 3136 A- / A+


““Media haqqında” qanunun parlamentə təqdim edilməsi zəruridir. Ulu öndər bir neçə qərar vermiş oldu, onlardan biri də senzuranın ləğv edilməsidir”.
Manevr.az xəbər verir ki, bunu deputat Vahid Əhmədov parlamentdə "Media haqqında" qanunun müzakirəsində çıxış edərkən deyib. 

O, çıxışında informasiya əldə etmək hüququndan danışıb: “Rəhmətlik ulu öndərə kim yaxınlaşırdısa, həmişə cavab verərdi. İmkan yaradırdı ki, mətbuat azad olsun. 44 günlük müharibədə medianın ağırlığını İlham Əliyev öz üzərinə götürdü. Belə götürəndə Azərbaycan mediası da müəyyən iş gördü. Qanundakı maddələr ətrafında müəyyən mübahisələr etmək olar. 

Biz istəyirik ki, jurnalistlər azad olsun, istədiyi şəxsdən informasiya ala bilsin. Bunun üçün də əsas məsələ medianın maliyyələşməsidir. Bu da reklamla bağlıdır. Reklam və maliyyələşmə məsələsi bu qanunda öz əksini tapmalıdır. Medianın dövlət tərəfindən maliyyələşdirilməsi öz effektini vermir. 

Jurnalistlər də şikayətlənirlər ki, reket jurnalistlər çoxalıb. Əlbəttə çoxalıb. Çünki onları saxlayan nazirlər, məmurlar var. Mən media rəhbərlərinin ali təhsilli olmasının tərəfdarıyam, amma jurnalistlərin ali təhsil məsələsi şərt olmalı deyil”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar