Xəbər lenti
“Jurnalist yaxşı məvacib alsa, gözü heç kimin əlində olmaz“ - Baş redaktor
"Ümid edirəm ki, Media haqqında yeni qanunun qəbulu jurnalistlərin sosial durumunun yaxşılaşmasına səbəb olacaq".
Manevr.az xəbər verir ki, bunu sia-ya açıqlamasında Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.
O, qeyd edib ki, jurnalistlər bundan sonra aşağı faizlə uzunmüddətli kreditlər götürə biləcəklər. Yeni qanun KİV-lər üçün də bu imkanı yaradır. Yəni hər bir KİV özünün maddi-texniki bazasını gücləndirmək üçün kredit əldə edə biləcək. Nəticədə, redaksiyalarda iş şəraiti yaxşılaşacaq, peşəkarlıq artacaq.
Seymur Verdizadə bu barədə fikirlərini belə izah edib: "Jurnalistlərin sosial vəziyyətindən danışanda bəzi dostlarımız bunu yanlış anlayırlar. Hətta bəzən məsələni məişət səviyyəsinə endirirlər. Halbuki bütün peşə sahibləri kimi jurnalistin də yaxşı qazanmaq, yaxşı yaşamaq hüququ var. Jurnalist yaxşı məvacib alsa, gözü heç kimin əlində olmaz. Gözü başqasının əlində olan jurnalist istər-istəməz tərəzinin gözünü əyəcək, tərəfə çevriləcək, nəticədə qeyri-peşəkar davranacaq. Bu baxımdan mən yeni qanunda jurnalistlər üçün müəyyən güzəştlərin nəzərdə tutulmasını təqdir edirəm. Onu da qeyd etmək istərdim ki, qanun layihəsinin müzakirəyə çıxarılması müsbət haldır. Yeni qanun uzun müddətdir ki, ən müxtəlif auditoriyalarda müzakirə olunur. Kifayət qədər əsaslandırımış təkliflər səsləndirilib. Ümid edirəm ki, qanun layihəsi parlamentdə müzakirə olunanda bu təkliflər də nəzərə alınacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar