Xəbər lenti
Bakıda zəhərlənmədə adı hallanan dönərxanın ukraynalı iş adamı ilə əlaqəsi varmı? - ŞƏKİL
Manevr.az xəbər verir ki, qaynarinfo hadisənin baş verdiyi deyilən dönərxanın adı ilə bağlı araşdırma aparıb. Məlum olub ki, dünyanın bir sıra ölkələrdində "Dönər Market” adı ilə əsasən mal və toyuq ətindən "fast food" qidaları müştərilərə təqdim edilir. Ukraynada fəaliyyət göstərən "Dönər Market” şəbəkələrinin rəhbəri məşhur iş adamı Yuri Kosyukdur. 2020-ci ildə ölkədə bu adda 7 yeni şəbəkə yaradılıb. Ümumilikdə Ukraynada bu şəbəkələrin sayını 2000-ə çatırmaq planlaşdırılır. İş adamının dünyanın bir sıra ölkələrində də dönərxana şəbəkələri var.
Bəs Azərbaycandakı "Dönər Market”in sahibi də Yuri Kosyukdurmu?
Məsələ ilə bağlı zəhərlənmənin baş verdiyi deyilən "Dönər Market”lə əlaqə saxladıq. Müəssisənin sözüçüsü kimi özünü təqdim edən şəxs bildirdi ki, bir ilə yaxındır fəaliyyət göstərən ticarət obyektinin sahibi azərbaycanlı iş adamıdır və Ukrayna ilə bağlılığı yoxdur:
"Əvvəl bizim yerimizdə "Büyük Fırat Lahmacun” fəaliyyət göstərib. Daha sonra burada "Dönər Market”i qurduq. Ətrafımızda çox sayda "fast food" təqdim edən restoranların olmasına baxmayaraq, biz işimizlə kifayət qədər müştəri toplaya bilmişdik. Hazırda baş verən hadisə ilə bağlı araşdırma gedir. Ümid edirik ki, olayın bizim işimizlə heç bir bağlılığı olmayacaq”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar