Xəbər lenti
İkiqat Olimpiya çempionu azyaşlıya təcavüz etdiyini etiraf edib

Fransalı idmançı yeniyetməni cinsi əlaqəyə məcbur etmədiyini, hər şeyin qarşılıqlı razılaşma əsasında baş verdiyini bildirib.
Prokuror isə bununla razılaşmayıb və üzgüçüdə yaddaş problemi olduğunu qeyd edib. İstintaqın məlumatına görə, idmançı 2016-cı ildə Tailand, Braziliya və Tenerifedə olarkən qıza bir neçə dəfə təcavüz edib. Həmin vaxt onun 24, qızın isə 13 yaşı olub.
Xatırladaq ki, 29 yaşlı üzgüçü dekabrın 9-da saxlanılaraq polis şöbəsinə aparılıb. Dekabrın 11-də ona qarşı ittiham irəli sürülüb, lakin məhkəmə Aqnielin həbsdə saxlanması tələbini rədd edib. Bildirilib ki, iş üzrə dinləmələr davam edəcək və əlavə araşdırmalar aparılacaq.
Qeyd edək ki, Aqniel 2012-ci il London Olimpiadasında iki qızıl və bir gümüş medalın sahibidir. Bundan əlavə, o, iki dəfə dünya çempionu olub. Üzgüçü 2016-cı ildə təqaüdə çıxıb. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar