Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda qadın inək oğurladığına görə tutuldu

Tarix: 13-12-2021 15:22     Baxış: 3270 A- / A+
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabr-dekabr ayları ərzində 3 rayonda mal-qara oğurlayan cinayətkar qrupun üzvləri saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinə rayonun Soltankənd, Hacıhətəmli, Qoşakənd, Qurbanəfəndi, eləcə də şəhər ərazisində yerləşən evlərin həyətyanı sahələrindəki tövlələrdən ümumilikdə 12 baş iri və xırdabuynuzlu mal-qaranın oğurlanması barədə müraciətlər daxil olub. Keçirilən əməliyyat zamanı həmin cinayət əməllərini törətməkdə şübhəli bilinən rayon sakinləri Elçin Pirverdiyev, Radim Qədirov və Əfsanə Tarverdiyeva saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib. Onlar ifadələrində oğurluqları gecə saatlarında evlərdə heç kimin olmamasından əmin olduqdan sonra törətdiklərini bildiriblər. Əməllərini həyata keçirdikdən sonra isə istifadələrində olan "Ford" markalı yük avtomobili ilə Bakı şəhərinə apararaq orada Maştağa, Nardaran və Bülbülə qəsəbələrində satıblar.
Araşdırma zamanı saxlanılan şəxslərin Qəbələ və Göyçay rayonlarında da mal-qara oğurladıqları məlum olub.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, onların digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar