Xəbər lenti
35 ilin ən güclü daşqını baş verib: - 7 ölü, 175 yaralı...
Braziliyanın Bahia və qonşu Minas-Jerais ştatlarında güclü leysan yağışları nəticəsində 7 nəfər ölüb, 175 nəfər yaralanıb.Bu barədə UOL portalı xilasetmə xidmətinə istinadən məlumat yayıb.
Həftənin ortalarından etibarən sözügedən ştatlarda meydana gələn ekstratropik siklon nəticəsində regionda yağıntının səviyyəsi 450 mm-ə çatıb.
Bahia ştatının 25 bələdiyyəsində fövqəladə vəziyyət elan edilib, onlardan bəzilərində son 35 ilin ən güclü daşqınları baş verib.
Bir neçə körpü, iki çay bəndi dağılıb, üç magistral yolda hərəkət bağlanıb.
Xilasedicilərin məlumatına görə, 5,7 minə yaxın insan evsiz qalıb, daha 6,7 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.
Təbii fəlakət bölgənin 85 mindən çox sakininə zərər vurub. lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































