Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Nitq məhdudiyyəti olan uşağın pensiyası niyə kəsilib? - AÇIQLAMA - VİDEO

Tarix: 11-12-2021 19:04     Baxış: 4168 A- / A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nitq məhdudiyyəti olan uşağın pensiyasının kəsilməsi məsələsinə aydınlıq gətirib.
 
Manevr.az
xəbər verir ki, Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov  bildirib ki, əlilliyin təyinatına əsas verən səhiyyə müəssisəsinin göndərişində İmişli rayon sakini Məmmədli Hüseyn Fuad oğlunun iddia olunan real vəziyyətini əks etdirən məlumatlar əks olunmayıb:
“Göndərişin nəyə görə elə yazıldığına İmişli Rayon Mərkəzi Xəstəxanası aydınlıq gətirməlidir.
Hüseynin əlillik müddəti 2020-ci ildə başa çatıb. İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfindən uşağın sağlamlıq imkanları məhdudluq müddətinin uzadılması ilə bağlı elektron sistemə göndəriş daxil edilib. Xəstəxana tərəfindən tərtib edilən göndərişdə qeyd edilən görmə itiliyi isə əlillik təyininə əsas vermir. Bununla yanaşı, göndərişdə İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfindən uşağın nitq qüsuru və əqli geriliyi olması barədə ümumiyyətlə heç bir məlumat, diaqnoz və həmin diaqnozu təsdiq edən müayinələr qeyd edilməyib. Buna görə də, səbəblər göstərilməklə imtina qərarı verilib. Xəstəxananın təkrar göndərişi isə qeydə alınmayıb”.
“Bir daha bildiririk ki, əlilliyin qiymətləndirilməsi vətəndaş-ekspert təması olmadan, səhiyyə müəssisəsinin həkimlərinin “Forma 88”də qeyd etdikləri məlumatlara əsasən həyata keçirilir. 
Buna baxmayaraq, azyaşlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerli Tibbi Sosial Ekspert Komissiyasının eksperti tərəfindən ətraflı əyani müayinə olunacaq, əyani müayinənin nəticəsinə uyğun olaraq uşağın sağlamlıq imkanları məhdudluq təyinatı ilə bağlı müvafiq qərar veriləcək”, - deyə o qeyd edib./oxu.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar