Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu ölkədə İNTİHAR ÜÇÜN XÜSUSİ KAPSULLAR - İcazə verildi

Tarix: 11-12-2021 18:47     Baxış: 3172 A- / A+


Avropa ölkəsində İNTİHAR ÜÇÜN XÜSUSİ KAPSULLAR  - İcazə verildi

İsveçrə hökuməti intihar üçün nəzərdə tutulmuş xüsusi kapsulların istifadəsinə rəsmən icazə verib. 
Xarici KİV xəbər verir ki, qaydaya görə, bu kapsullardan istifadə zamanı həkimin mütləq iştirakı tələb olunmur, həmçinin, psixoloqdan xüsusi icazə də almağa ehtiyac qalmır. 
Sözügedən texnologiya evtanaziya prosesini təkcə ixtisaslaşdırılmış klinikaların divarları əhatəsində deyil, təbiət qoynunda da reallaşdırmağa imkan verəcək. 
Preparatı qəbul edəndən 3-5 dəqiqə sonra insan yuxuya gedir, 5-10 dəqiqədən sonra dərin komaya düşür və növbəti mərhələdə artıq vəfat edir. 
Qeyd edək ki, intihar üçün nəzərdə tutulmuş xüsusi kapsulları “Exit International” şirkəti istehsal edir. Kapsullar 3D printerdə çap olunur. 
Şirkətin hazırladığı “Sarco” adlı kapsullardan isə daha fərqli şəkildə istifadə edilir. Onların istifadələri çərçivəsində insan hər hansısa preparatı qəbul etmir. “Sarco” intihar etmək qərarını vermiş şəxs tərəfindən kapsul daxilində aktivləşdirilir. Daha sonra kapsulda mövcud olan təhlükəsizlik sistemi həmin şəxsə müəyyən suallar verir. Şəxs qərarı təsdiqlədikdən sonra xüsusi düyməyə klikləməklə evtanaziya prosesini işə salır. Kapsulun aktiv fazası 30 saniyə çəkir. Bu müddət ərzində kapsulun daxili hissəsi azot qazı ilə dolur. O isə öz növbəsində oksigen miqdarını 21%-dən 1%-ə endirir. Huşunu itirməmişdən öncə kapsul daxilindəki şəxs yüngül eyforiya yaşayır. Nəticədə kapsul daxilindəki şəxs orqanizmdə oksigen və CO2 çatışmazlığı səbəbilə vəfat edir.
Xatırladaq ki, 2020-ci ildə İsveçrədə 1300 nəfər insan leqal və könüllü şəkildə evtanaziya vasitəsilə intihar edib. Bu məsələdə onlar iki - “Exit” və “Dignitas” təşkilatlarının köməyindən istifadə ediblər.
Məlumat üçün bildirək ki, “Sarco” kapsulunun 2 prototipi mövcuddur. Üçüncü prototip Niderlandda hazırlanır. Şirkətin əsas məqsədi ölüm prosesini tibb sahəsindən kənara çıxartmaq və bu prosesə hər hansı bir tibbi müdaxilənin qarşısını almaqdır. 
Əsas məqsəd süni zəkaya əsaslanan müayinə sistemini yaratmaqdır.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar