Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Xəbərdarlıq olunmadan işıq kəsilə bilər? - AÇIQLAMA

Tarix: 11-12-2021 13:02     Baxış: 4156 A- / A+


Xəbər verdiyimiz kimi, Lənkəranda, həmçinin Ağdamda “Azərişıq”ın iki əməkdaşı abonentin işığını məhdudlaşdırdığı üçün həm maddi, həm də fiziki zərər çəkib. Sosial şəbəkələrdə yayılan bu hadisə, insanlar tərəfindən heç də bir mənalı qarşılanmayıb. Kimi işığı kəsən işçiləri, kimi də abonentləri qınayır. 

Manevr.az bizim.media-ya istinadən xəbər verir ki, hüquqşünas Əsabəli Mustafayev bildirib ki, borc olduğu təqdirdə, ödəniş etməyən abonentin işığının kəsilməsi doğrudur:
“Azərışığ”ın nəzarətçiləri istehlak olunmuş enerjinin miqdarını və məbləğini vahid sistemə birləşdirilmiş kiçik kompüter ilə müəyyən edirlər. Və onun vasitəsi ilə verilən qəbzdə abonentə bildiriş verilir. Onlar isə borclarını müəyyən edilən tarix çərçivəsində ödəməlidirlər. Qanunvericiliyə görə, 30 gün tamam olduqdan sonra da vətəndaşa rəsmi olaraq bildiriş verilməli və borcuna görə hansı tarixdən elektrik enerjisinin verilməsinin dayandırılacağı qeyd olunmalıdır. Həmçinin işığa hər hansı qanunsuz müdaxilə olunarsa bu halda bildiriş olmadan abonentin işığı kəsilə bilər”.

Qeyd edək ki, qeyd olunan hadisələrlə bağlı rəsmi açıqlama verilib. Və həmin vətəndaşların qanunsuz olaraq işıqdan istifadə etmə halları müəyyən olunub.

Ağdam rayon sakinin “Azərişığ”ın əməkdaşını bıçaqladığına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar