Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Əməkhaqları və pensiyalar nə qədər artacaq? - RƏQƏMLƏR AÇIQLANDI + VİDEO

Tarix: 11-12-2021 10:03     Baxış: 3226 A- / A+
Əməkhaqları və pensiyalar nə qədər artacaq? - RƏQƏMLƏR AÇIQLANDI + VİDEO
Gələn il yanvarın birindən həm dövlət, həm də özəl sektorda çalışan şəxslərin əməkhaqları 20 faizdən az olmayaraq artırılacaq.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Xəzər Xəbər''ə müsahibəsində deyib.

O bildirib ki, artıq 2022-ci ilin dövlət büdcəsi zərfi təsdiq olunub. Zərfə daxil olan sənədlərdən biri də minimum əməkhaqqının artırılması ilə bağlıdır.

Sənədə əsasən, gələn ildən minimum əməkhaqqı mövcud 250 manatdan 300 manata çatdırılacaq.

Musa Quliyev deyib ki, minimum əməkhaqqının artması ilə əlaqədar olaraq muzdlu əməkhaqqı çərçivəsində, yəni, vahid tarif cədvəli üzrə çalışan bütün işçilərin aylıq maaşı artacaq.

Bir sözlə, bütövlükdə əməkhaqqının vahid tarif cədvəli üzrə artması həm dövlət sektoru, həm də özəl sektoru əhatə edəcək.

Musa Quliyev onu da qeyd edib ki, gələn il cari illə müqayisədə orta aylıq əməkhaqqı 65 manat artaraq 807 manata çatacaq. Eyni zamanda, orta aylıq əməkhaqqının artması imkan verəcək ki, bütün növ pensiyaların məbləği təxminən 7-8 faiz yüksəlsin.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar