Xəbər lenti
Yas yerində kovid xəstəsi tapıldı
İsmayıllı və Ağsuda polis əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakinləri Ruslan Kərimov və Rəhman Şamxalovun COVID-19 testlərinin nəticələri pozitiv olduğu üçün onlara ev şəraitində müalicə təyin olunub, karantin rejiminin qaydalarına riayət etmələrinin vacibliyi barədə onlara xəbərdarlıq edilib. Lakin həmin şəxslər tələbləri pozaraq yaşadıqları ünvanları tərk ediblər və polis əməkdaşları tərəfindən ictimai yerlərdə aşkarlanıblar. Onlar tibbi prosedurlar da gözlənilməklə evlərinə qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə isə koronavirus infeksiyasına yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb edilən Kəndoba kənd sakini Üzeyir İsmayılovun yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. Belə ki, onun infeksiyaya yoluxduqdan sonra yas mərasiminə getdiyi və oradakı digər şəxslərin də sağlamlığı üçün real təhlükə yaratdığı məlum olub.
Ü.İsmayılov barəsində Ağsu RPŞ-də cinayət işi başlanılıb.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar