Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ombudsman: "Ermənistan minaların dəqiq xəritələrini verməkdən imtina edir"

Tarix: 10-12-2021 12:08     Baxış: 4233 A- / A+
Ombudsman:
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Ombudsman Aparatında tədbir keçirilib.
Manevr.az-ın xəbərinə görə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib ki, insan hüquqlarının qorunması yalnız bu günlə məhdudlaşmamlıdır.
Onun sözlərinə görə, Ombudsman Aparatı tərəfindən hər il uşaqlar və jurnalistlər arasında müsabiqə keçirilir: "Bu ilki müsabiqə postmüharibə dövrü ilə bağlı olub. İşğal dövründə bir milyona yaxın vətəndaşımız məcburi köçkün düşüb. Bununla da onların hüquqları pozulub. Bu gün müharibədən zərərçəkənlərin hüquqlarının müdafiəsi üçün işlər görülür".
Ombudsman qeyd edib ki, həmin insanların hüquqlarının tam bərpası sahəsində bir çox çətinliklər var: "Ən ciddi problem minalardır. Ermənistan tərəfindən verilən mina xəritələrinin yalnız 25 faizi doğrudur. Biz bir neçə dəfə beynəlxalq qurumlara müraciət etmişik. Lakin Ermənistan minalı ərazilərin tam dəqiq xəritələrini verməkdən imtina edib. Bu səbəbdən də bu günə qədər bir çox soydaşlarımız mina qurbanı olub, ağır xəsarətlər alıblar".
Qeyd edək ki, tədbirin sonunda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə "Hüquqlar hamı üçün!” şüarı altında keçirilən ənənəvi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar