Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda ən çox qəza törədənlər kimlərdir? - DYP açıqladı (VİDEO)

Tarix: 09-12-2021 10:29     Baxış: 3173 A- / A+
Azərbaycanda ən çox qəza törədənlər kimlərdir? - DYP açıqladı (VİDEO)
Bəzən avtomobili yeni-yeni idarəetməyə başlayanların daha çox qəza riski yaratdığı ehtimal edilir. Lakin çox illik statistik rəqəmlər bunun əksini iddia edir. Məlumata əsasən, baş verən ağır qəzalar 10 ildən artıq sürücülük təcrübəsi olanların iştirakı ilə törədilib.
Manevr.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı sürücülərə xəbərdarlıq edib. Qeyd edilib ki, təcrübəsi çox olan sürücülərdə arxayınlıq yaranır ki, bu da yollarda ağır qəzalara səbəb olur.
Qəza törədənlərin sürücülük təcrübəsinə görə bölgüsü açıqlanıb. Məlum olub ki, yol nəqliyyat hadisələrinin müəyyən hissəsi təcrübəsi daha çox olan sürücülərin iştirakı ilə baş verib
10 ildən çox avtomobil idarə edənlər də bir neçə dəfə qəza törətdiklərini etiraf edirlər.
''Əgər sürücü yolda müəyyən olunmuş sürət həddini görüb ona əhəmiyyət vermirsə, nümayişkaranə şəkildə qarşı hərəkət zolağına çıxırsa, ötmə, manevr etmə və yaxud yolayrıcını keçmə qaydalarını bilərəkdən pozursa, ara məsafəsi saxlamırsa, bu o demək deyil ki, həmin şəxs törətdiyi əməllərin qanuna zidd olduğundan xəbərdar deyil, sadəcə məsuliyyət hissini unudaraq hərəkətlərini davam etdirir'' - deyə xəbərdarlıqda bildirilib.
Sürücülərə tövsiyə edilib ki, təcrübəsindən asılı olmayaraq hər kəs sükan arxasında olmağın məsuliyyətini hiss etməli, hərəkət zamanı maksimum ehtiyyatlı olmalıdır. Əks halda ölümlə nəticələnən qəzalarda artacaq.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar