Bu barədə qazi Ülvi Hüseynov "Unikal"a şikayət edib.
21 yaşlı qazi bildirib ki, Vətən müharibəsi zamanı sentyabrın 29-da Füzuli istiqamətində döyüşərkən sağ ayağından güllə yarası alıb:
"Mən ailənin bir övladıyam. Vətən müharibəsi zamanı güllə yarası aldım. Güllə arteriya, vena damarımı və sinirləri aparmışdı. Demək olar ki, bud nahiyəmdə əzələ qalmamışdı. "HB Güvən" klinikasının həkimi, professor Çingiz Əlizadə var. Ona professor demək mümkün deyil. Biz də bilməmişik onun yanına getmişik. Onun etdiyi əməliyyat zamanı güllə yarası alan deyil, digər sol ayağımın üst hissəsini zədələyib. Bir aparat var, əməliyyatda qanın qarşısını almaq üçün ayağın üstünə yapışdırılır. Həmin aparat ya boşluqdan, ya da digər hər hansı problemdən ayağımın üzərində partlayıb və yanıb. Ondan aldığım zədədən barmağımın biri amputasiya olunub. Həmin hadisə olandan sonra həkim mənə dedi ki, get evə, bir həftəyə sağalacaq. Vəziyyətin getdikcə daha da pisləşdiyi üçün başqa bir həkim gəldi baxdı və dedi ki, barmağın normal vəziyyətdə deyil. Qan yığılmışdı, qanqrena olmuşdu. Ondan sonra xəstəxanaya gəlmişəm, həkim mənə deyir ki, "bir dənə barmaqdır da, uzaqbaşı kəsib atacayıq. Bu hadisə Fransada da ola bilər". Bununla bağlı şikayət etmədiyim qurum qalmayıb, iş hazırda prokurorluqdadır. Amma məsələyə heç kim baxmır".
Qazi ayağının sağalmağını və ona kömək edilməsini istəyir: "Mənim üçün burada və ya xarici ölkədə mülaicə olunmaq fərq etmir. Xarici ölkə vacib deyil. Ölkəmizdə olan bir neçə yaxşı xəstəxana var, oralarda da müalicə etdirmək olar".