Sizin Reklam Burada
Xəbər lenti
09-10-2025
08-10-2025
BÜTÜN XƏBƏRLƏR

Taksi şirkətləri sürücüləri işə qəbul edərkən hansı sənədləri tələb edirlər? - VİDEO

Tarix: 08-12-2021 09:29     Baxış: 4197 A- / A+


Taksi şirkətləri sürücüləri işə qəbul edərkən hansı sənədləri tələb edirlər? - VİDEO

Bəzi şirkətlər taksi sürücüsü vakansiyası üçün müraciət edənləri sadəcə onlayn yolla, bəziləri isə bir neçə sənəd əsasında işə qəbul edirlər. Yəni, taksi sürücüsü kimi ictimai xidmət sahəsində çalışacaq şəxsin seçilməsi zamanı bir çox hallarda ciddi araşdırma aparılmır.Bu məsələyə əbəs yerə toxunmuruq. Çünki bir neçə gün əvvəl taksi sürücüsünün xanım sərnişinə israrla birlikdə çay içmək təklifi etməsi cəmiyyətdə kəskin şəkildə qınandı.

Bu problem taksi şirkətlərinin sürücüləri işə qəbul edərkən onlardan hansı sənədləri tələb etməsi və ümumiyyətlə taksiçi namizədlərin hansı kriteriyalar əsasında seçilməsi məsələsini gündəmə gətirir.

Şirkətlərlə işləyən taksi sürücüləri özləri də etiraf edirlər ki, şirkət onlarla sadəcə bir-iki sənəd əsasında müqavilə bağlayıb.

Bir neçə taksi şirkəti ilə əlaqə saxlayıb sürücülərin sağlamlığını yoxlamadan işə qəbul etmələrinin səbəbini soruşmaq istədik. Amma onlar bu məsələ barədə danışmaq istəmədiklərini və bunun şirkətin daxili işi olduğunu əsas gətirdilər.

Mövzuya münasibət bildirən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov dünya təcrübəsinə əsasən deyir ki, taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər hazırlıq kurslarından keçməlidirrlər. Həmin kurslarda sürücünün psixoloji vəziyyəti və müştəri ilə davranış qaydaları ciddi şəkildə yoxlanır. Tələblərə cavab verə bilməyənlər sərnişindaşıma ilə məşğul ola bilmirlər.

Ekspert deyir ki, hazırda Azərbaycanda taksi sürücülərinə dair tələblər mövcuddur. Nazirlər Kabinetinin müəyyən etdiyi bu tələblər sürücünün təcrübəsi, sürücülük vəsiqəsindəki kateqoriyası, sağlamlıq durumu, fərqlənmə nişanının olması, avtomobilin texniki vəziyyəti, eləcə də sərnişin ilə davranış qaydaları kimi məsələlələri ehtiva edir.

"Bununla belə, taksi sürücülərinin xüsusi kurslardan keçməmələri sonradan onların sərnişinlərlə davranış qaydalarında müəyyən problemlərin yaranmasına gətirib çıxarır",- deyə ekspert Ərşad Hüseynov bildirir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar