Xəbər lenti
13 rəqəmi və ya güzgünün sınması təhlükəlidirmi...
Bəzilərinə mənasız görünən, bəziləri üçün isə, yaşam tərzinə çevrilmiş batil inanclar, həyatımıza böyük təsir edir. Edəcəyimiz hər hansı bir hərəkətdən öncə bizi dayandıran bəzi vəziyyətlər, batil inanclar adlanır.
Qara pişikÇox qədim zamanlarda misirlilər, qara pişiyi müqədəs varlıq kimi görürdülər. Qara rəngli pişiklər, tanrıça olaraq qəbul edilirdi. Ancaq sonradan sayları artdığı üçün əvvəlki qədər diqqət çəkmədilər. Buna görə də, o dövrlərdə pişiklər, tənha və kasıb insanların evində olurdu. Hətta o dövrlərdə, rənglərinin qara olduğu üçün pişiklərə cadu edildiyi də deyilirdi. Qara pişiklərin gecələr şeytana çevrildikləri ilə bağlı hekayələr də yazılırdı. Buna görə də, qara pişiklərə uğursuz pişik kimi baxırdılar. Bu gün də qarşımızdan qara pişik keçəndə günümüzün pis keçəcəyini düşünürük. Və bəzən də elə olur. Buna səbəb isə, qara pişiyi uğursuz kimi qəbul etməyimizlə bağlıdır. Beyin onu uğursuz qəbul etdiyi üçün gün də yaxşı keçmir.
13 rəqəmi
İnsanlar arasında 13 rəqəmi də uğursuz rəqəm kimi qəbul edilir. Bu inanc isə, Skandinaviya torpaqları ilə əlaqəlidir. O dövrün işıq və gözəllik tanrısı Balder, bir ziyafət verirmiş. Ziyafətə 12 nəfər dəvət edilmişdi. O dövrdə yalanların və hiyləgərliyin tanrısı hesab edilən Loki, dəvət edilmədiyi təqdirdə 13-cü qonaq kimi ziyafətə qatılmaq istəyirmiş. Belə bir vəziyyətin olmayacağı ona izah edilsə də, vəziyyətlə razılaşmayan Loki, gözəllik tanrıçasını öldürür. 13 rəqəminin uğursuzluğu da, bu hekayədən gəlir. Əslində isə, 13 də rəqəmlərdən biridir. Onun sizə nə gətirəcəyi isə, necə qəbul etməyinizə bağlıdır.
Qəbiristanlıqdan keçərkən səssiz olmaq...
Bəzi batil inanclara görə, qəbiristanlıqdan keçən zaman söhbət etsəniz ölülərin ruh sizə keçərmiş. Batil inanclar arasında ən maraqlısı da budur. Çünki əgər fikir vermisinizsə, qəbirstanlıqda hamı səssiz olur. Ruhların insana keçməsi isə, batil inancdan başqa bir şey deyil.
Güzgü sınması...
Qədim dövrlərdə insanlar, digər dünyadakı əksləri görmək üçün aynalara və ya parlaq cisimlərə baxarmış. Baxdıqları zaman dalğalanma və ya titrəyiş olarsa, çox pis hadisələrin yaşanılacağına inanarmışlar.
Misir və Yunan torpaqlarındakı güzgülər, qırılmaz metaldan hazırlanmışdı. Güzgü sınandan sonra 7 il müddətində uğrusuzluqlar meydana gələcəyinə inanırdılar. Bəzən isə, güzgü sahibinin bədəninin 7 il müdddətində yenilənəcəyinə inanardılar. Buna görədə əgər güzgü sınarsa, 7 il müddətinə həmin yerdən və insandan uzaq durmaq lazım imiş.
Uşaq ağlaması...
Bəzi inanclara görə, evin içində bir uşaq uzun müddət ağlayarsa, o evdə ölüm yaşanır. Davam edən kəsməyən uşaq ağlaması, bədbəxtlik kimi qəbul edilir./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar