Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

Milli parkda “açıq qapı” günü keçiriləcək

Tarix: 07-12-2021 10:51     Baxış: 3179 A- / A+

Əsas səhifə
> Ölkə


Xüsusi mühafizə olunan təbiət ərazilərindən biri olan, dağlıq və dağətəyi landşaftı ilə seçilən, yüksək zirvələri, füsunkar gölləri və şəlalələri ilə göz oxşayan Şahdağ Milli Parkının yaranması günü ilə əlaqədar dekabrın 8-də milli parkda “açıq qapı” günü keçiriləcək.

Manevr.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova ölkə.az-a açıqlamasında bildirib ki, İsmayıllı, Quba, Qusar, Qəbələ, Oğuz, Şamaxı rayonlarının inzibati ərazilərini əhatə edən və Cənubi Qafqazda ən böyük əraziyə malik olan Şahdağ Milli Parkı özünəməxsus rəng çalarları ilə ilin hər fəslində gözəldir.

Xidmət rəsmisi zəngin təbii landşafta, unikal ekosistemə malik olan Şahdağ Milli Parkını və onun zubrlarla daha cəlbedici görünən zəngin biomüxtəlifliyini seyr etmək istəyən hər kəsi milli parka dəvət edib.

Şahdağ Milli Parkı ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli Sərəncamı ilə yaradılıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar